Belçika millisi Tunisi darmadağın etdi

Belçika millisi Tunisi darmadağın etdi
Futbol üzrə dünya çempionatının növbəti matçı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, "G” qrupunda yer alan Belçika millisi Tunislə üz-üzə gəlib.

Oyun  5-2 Belçikanın qələbəsi ilə başa çatıb.

Hesab altıncı dəqiqədə açılıb. VAR sistemi ilə təyin olunan penaltini Azar dəqiq yerinə yetirib.

16-ci dəqiqədə belçikalı futbolçular tunisli yarımmüdafiəçinin kobud səhvindən istifadə edib. Lukaku cərimə meydançasından baxımlı qol vurub.

18-ci dəqiqədə cərimə zərbəsindən Tunis fərqi azaldıb Gent klubunun üzvü Bron fərqlənib. 45+4 dəqiqədə Lukaku komandasının üçüncü qolu vuraraq dublunu rəsmiləşdirib. 51-ci dəqiqədə De Bröynenin məhsuldar ötürməsindən sonra Azard gözəl qol vurur.

89-cu dəqiqədə Batşuayi top fərqini dördə çatdırıb. 90+2-ci dəqiqədə Tunisin oyunçusu Xəzri təsəlli qolunu vurur.
Загрузка...

Xəbər lenti