“Beşiktaş”dan sərt qərar - Oyuna çıxmayacaqlar

“Beşiktaş”dan sərt qərar - Oyuna çıxmayacaqlar
Xəbər verdiyimiz ki, Türkiyə kubokunun yarımfinal matçında düşən dava səbəbindən yarımçıq dayanadırılan "Fənərbağça" - "Beşiktaş" matçı mayın 3-də 57-ci dəqiqədən etibarən davam etdiriləcək.

Panorama.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Beşiktaş" bu qərara etiraz olaraq matça çıxmayacağını açıqlayıb.

Klub Türkiyə Futbol Federasiyasının verdiyi qərarı təəccüblə qarşılayıb və qərarı hüquqazidd kimi dəyərləndirib.

Qeyd edək ki, həmin matçda tribunadan atılan yad əşya "Beşiktaş"ın baş məşqçisinin başını yarmış və xəstəxanaya yerləşdirilmişdi.
Загрузка...

Xəbər lenti