Biləsuvarda FACİƏ: 12 yaşlı məktəbli niyə ÖLDÜ?

Biləsuvarda FACİƏ: 12 yaşlı məktəbli niyə ÖLDÜ?
Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub. 

Panorama.az-ın  apa-ya istinadən məlumatına görə, 2006-cı il təvəllüdlü Əlyar Hüseynlinin məktəbdə (qıcolma) dili qatlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə rayonun Dövrüşlü kəndində baş verib. Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxarkən halı pisləşib, sonradan isə vəfat edib. Ə. Hüseynlinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib. 
Faktla bağlı araşdırma aparılır.


xxx

Biləsuvar rayonunda şagird məktəbdə ölüb.

Panorama.az report-a istinadən xəbər verir ki, rayonun Amankənd kənd sakini 6-ci sinif şagirdi 2006-ci il təvəllüdlü Hüseynli Əliyar Ürfan oğlu təhsil aldığı qonşu Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.

Məlumata görə, məktəbli axrıncı dərsdən evə gedərkən, qəfildən məktəbin həyətində dünyasını dəyişib. Onun nədən vəfat etdiyi hələlik məlum deyil. Lakin sudurğa xəstəliyinin olduğu bildirilir.

Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon şöbəsində müayinə edilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
Загрузка...

Xəbər lenti