Bir ailənin 11 üzvü asılmış halda tapıldı

Bir ailənin 11 üzvü asılmış halda tapıldı
Hindistanın paytaxtı Yeni Delhinin Burari qəsəbəsində bir evdə eyni ailənin 11 üzvünün cəsədi tapılıb. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, cəsədlərdən 10-u gözübağlı halda tavandan asılı, biri isə yerdə uzadılmış şəkildə olub. Meyitlər tibbi ekspertizaya göndərilib.
Hadisənin intihar və ya cinayət olub-olmaması araşdırılır. Meyitlərin üzərində zorakılıq əlamətlərinə, evin qapısında şübhəli izlərə, hər hansı intihar məktubuna rast gəlinməyib.

Загрузка...

Xəbər lenti