Bu addımlar Rusiyanı iflic edə bilər – ŞOK TƏKLİFLƏR

Bu addımlar Rusiyanı iflic edə bilər – ŞOK TƏKLİFLƏR
"Rusiya hakimiyyətinin bünövrəsi davamsızdır. Rusiyanın əhalisi, gözlənildiyi kimi, üçdə bir azalacaq. Ölkə enerjidaşıyıcısıların ixracından güclü asılıdır".

Bunu "Boston Globe" nəşrindəki məqaləsində respublikaçı, Ohayo ştatının qubernatoru Con Keysik yazıb.

Müəllif qeyd edir ki, Rusiyanın beynəlxalq təcavüzü Qərbin sərt reaksiyasının tələb olunduğu səviyyəyə çatıb.

"Qərb ölkələrinin hökumətləri artıq qəbul etməlidirlər ki, Rusiya və Qərb faktiki olaraq münaqişə vəziyyətindədir. Buna reaksiya vermək lazımdır. Moskvaya aydın şəkildə izah etməliyik ki, biz və müttəfiqlərimiz belə təhlükəli davranışa daha dözməyəcəyik", - o yazıb.

Qubernator Rusiyanın təcrid edilməsi üçün tədbirlər görməyi məsləhət görür: "Rusiyanın Qərbdə stabilliyi pozmaq niyyətində olan təşkilatları cilovlayın. Qərbin kapital bazarlarına Rusiya vətəndaşları və təşkilatların girişinə məhdudiyyətləri sərtləşdirin. Rusiyanın beynəlxalq maliyyə sisteminə girişini kəsin. Korlanmış Rusiya elitası tərəfindən oğurlanmış aktivlərin ixracı, yuyulması və qanuniləşdirilməsinə köməyi dayandırın".

Con Keysik hesab edir ki, belə davam etməyəcəyini anlatmaq üçün Rusiyaya qarşı daha sərt sanksiyaları tətbiq etmək lazımdır.

publika.az
Загрузка...

Xəbər lenti