“Bu qədər böyük qiymət qoymaq...” – Pulsuzdursa, niyə 210 manat ödəyirik?

16 Noyabr 2019, 19:53
16 Noyabr
2019
19:53
52
Sabit telefon şəbəkəsinə sahib olmayan vətəndaşlar normal, keyfiyyətli internet əldə etmək üçün simsiz internetə üz tutmalı olur, yəni LTE modem almaq məcburiyyətində qalır. Lakin bu modemlərin baha olması onları əlacsız qoyur.
Belə ki, "Baktelecom”un təqdim etdiyi bu modemi almaq üçün 210 manat ödəməlisən, "Aztelekom" modemi isə 180 manatdır. Vətəndaşlar isə qiyməti baha olmasında şikayətlənir. Onlar iddia edirlər ki, bu modemləri daha ucuz qiymətə almaq mümkündür. Bəziləri isə hesab edir ki, pulsuz verilməlidir və abonəlik dayandırıldığında isə mode qaytarılmalıdır.
Mövzu ilə bağlı tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz ilə əlaqə saxladıq. "Yeni Sabah”a danışan O. Gündüz də sözügedən modemlərin baha olduğunu bildirib. O həmin qurğuların pulsuz verilə biləcəyini də deyib:
"Bilirəm ki, dövlətin pulu ilə alınıb. Bu əgər dövlətin pulu ilə alınıbsa, güzəştli şərtlərlə verilməlidir. Simvolik olaraq verilməlidir. Bəlkə, hansı aysa bir neçə aylıq xidmət ödəndikdən sonra pulsuz verilməlidir. Mən düşünürəm ki, həmin modemlərin hər ikisi də indiki reallıqda baha qiymətədir. Məncə, simvolik olaraq verilməlidir. Burada əsas məqsəd insanların innovativ xidmətlərə meyilli olmasıdır. Uzaq radiusda olanlara, ətraf ərazilərdə olanlara stimullaşdırılmalıdır. İnsanlara kömək etmək lazımdır. Bu qədər böyük qiymət qoymaq düşünürəm ki, həm dövlət vəsaiti olması baxımından, həm də operatorların özünün dövlət operatorları olması baxımından elə də məntiqə uyğun bir şey deyil.
Ümumiyyətlə, bu addımın özündə qüsur var. Yəni, bu artıq bazarda sərbəst rəqabətin qarşısını alır. Bazarda bir kommersiya provayderləri var, bir də kənardan dövlət vəsaiti ilə bir başqası daxil olur. Onda rəqabət pozulur. Mən hesab edirəm ki, burada prinsipial məqamlar müəyyən edilməlidir. Bu nə dərəcədə doğrudur? Elə etmək lazımdır ki, azad, sərbəst rəqabət də qalsın. Bunu bəlli ərazilər üçün etmək lazımdır ki, hansı ki, oraya kommersiya provayderləri getmir. Amma münbit bir mühitdə - şəhərin ortasında bu düzgün deyil. Şəhərə bunu onsuz da kommersiya verə bilir. Burada ciddi məqamlar əvvəlcədən aydınlaşdırılmalı idi, hələlik gedən proseslər elədə xoşagələn deyil.
Buraya kifayət qədər dövlət resursları ayrılıb. Özəl onunla rəqabət apara bilməz axı. Bu da insanları asılı vəziyyətə salacaq. İnsanlar bir provayderdən asılı olacaq. O, inkişaf üçün, informasiya dayanıqlılığı üçün ciddi problemlər yaradır”.
Xatırladaq ki, Osman Gündüz bir müddət əvvəl sosial şəbəkədə həmin modemlərlə bağlı bu sözləri qeyd etmişdi: "Aztelekom" tender elan edib və 3000 ədəd LTE modemi almaq üçün 397800 AZN ayırıb. Modemi istifadəçilərə 180 manata satacaq. Ötən il "Baktelecom” (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC – Red.) LTE modemlər üçün təxminən elə bu qədər vəsait xərcləmişdi. "Baktelecom” dövlət hesabına alınan bu modemləri daha baha, 210 manata satır”.
loading...
Xəbər lenti
-
16:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
16:49Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
21:22Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
18:54Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
18:52Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
18:44Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
18:29Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
18:29Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
18:28Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
18:27İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM
-
18:27İlham Əliyev Süleyman İsmayılova yüksək vəzifə verdi
-
18:24Prezident Administrasiyasının daha üç şöbəsi ləğv olunub - SİYAHI
-
18:23Prezidentdən Hikmət Hacıyevlə bağlı SƏRƏNCAM
-
18:22Prezident Katibliyinin rəisi-köməkçi postu ləğv edildi
-
18:21Prezident Məhərrəm Əliyevi yüksək vəzifəyə təyin etdi - General-polkovnik rütbəsi verildi
-
17:53Anar Ələkbərov Prezidentin köməkçisi oldu
-
17:46Prezident Administrasiyasının yeni strukturu – TAM SİYAHI
-
17:36İlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİ - SƏRƏNCAM
-
17:29Prezidentdən mühüm sərəncam - Onu da vəzifəsindən azad etdi
-
17:22Administrasiyaya yeni şöbə müdirləri təyin edildi
-
16:58Yaşar Əliyev: "Qızım Ombudsman seçilərkən..." - FOTO
-
16:57İlham Əliyev İsrafil Məmmədovu qəbul etdi - FOTO
-
16:54Prezidentin yeni köməkçisi kimdir? - DOSYE
-
16:14Prezidentdən mühüm SƏRƏNCAM - Özünə köməkçi təyin etdi
-
15:16“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir
-
15:15“YAP-ın deputatları ciddi şəkildə dəyişəcək” - Siyavuş Novruzov
-
15:14Nazirlərin dekabr üçün QƏBUL GÜNLƏRİ açıqlandı
-
15:02Məcburi köçkün gənclərə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib - FOTO
-
14:50Milli Məclis nə vaxt buraxılacaq? - Tarix açıqlandı
-
14:48Yeni Ombudsman and içdi
-
14:47Yanvarın 1-dən qüvvəyə minir - ölkə üzrə 190 manat təsdiq olundu
-
14:46Azərbaycanın yeni Ombudsmanı kimdir? - DOSYE
-
12:45Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi ilə bağlı bilinməyənlər
-
12:43"Harda nəyi danışdığınıza fikir verin!" - Dadaşlinski Cümşüd Nuriyevi danladı
-
12:21Maşın sahiblərinə ŞAD XƏBƏR — Etibarnamə verilməsi asanlaşdı - VİDEO
-
12:20Tanınmış aktyora AĞIR İTKİ
-
12:19Sabahdan idxal edilən avtomobil benzininə 15% rüsum tətbiq ediləcək
-
12:19Paytaxtdakı ali məktəblər bu əraziyə köçürülə bilər - Tələbələrin nəzərinə!
-
12:18Kirayə mənzil ala bilmək üçün bu - ŞƏRTLƏRƏ ƏMƏL ETMƏLİSİNİZ
-
12:14"Ətraf mühitin Daun sindromlu uşaqlara təsiri böyükdür"
05 Dekabr 2019
02 Dekabr 2019
29 Noyabr 2019
Digər xəbərlər
-
CƏMİYYƏT
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
CƏMİYYƏT, Manşet
Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
CƏMİYYƏT, Manşet
Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
CƏMİYYƏT
Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
CƏMİYYƏT
Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
CƏMİYYƏT
Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
CƏMİYYƏT
Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
CƏMİYYƏT
Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
CƏMİYYƏT
İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM