Azərbaycanda bu qədər maaş alanlar gəlir vergisi ödəməyəcək

Azərbaycanda bu qədər maaş alanlar gəlir vergisi ödəməyəcək
İqtisadçı ekspert Vüqar Bayramov vergi və güzəştlərlə bağlı nəzərdə tutulan dəyişikliklərlə bağlı açıqlama veib. 

Mia.az xəbər verir ki, ekspert təklif olunan gəlir vergisi üzrə güzəştlərin necə və kimlərə tətbiq olunacağını şərh edib: 

"Təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək. Güzəştlər 7 il müddətində qüvvədə olacaq. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırki gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək.

Bəs, xidməti müqavilə ilə bağlı hazırlanan yeni qaydalar nələri əhatə edir? 
Ekspert deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qaydalar əmək müqavilələri kimi xidməti müqavilələri ilə çalışanların siyahısı elektron şəkildə hazırlanacaq: 

"Yəni, xidməti müqavilələr də elektronlaşacaq. Təklifə əsasən, eyni müəssisədə ardıcılıl aylar çalışan və xidməti müqavilə ilə çalışan işçilər əmək müqaviləsi ilə işləyəcəkllər. Onlara xidməti müqavilə çalışmaq imkanı verilməyəcək. Məsələn, eyni müəssisədə standard iş qrafikinə uyğun olaraq 1 il ardıcıl çalışan vətəndaşlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Bu qaydalar qəbul olunarsa xidməti müqavilə ilə çallşanların sayının kəskin azalacağı və həmin şəxslərin daha çox məcburi ödəniş edəcəyi gözlənilir".

Загрузка...

Xəbər lenti