Bu quruma yeni rəis təyin OLUNDU

Bu quruma yeni rəis təyin OLUNDU
Bəxtiyar Haqverdiyev Gəncə şəhər Səhiyyə idarəsinin rəisi təyin olunub.

Unikal.org-un məlumatına görə, bu gün B.Haqverdiyev səhiyyə ictimaiyyətinə təqdim edilib.

Qeyd edək ki, B.Haqverdiyev 1978-ci  anadan olub. 1995-ci ildə məktəbi bitirən B.Haqverdiyev yüksək balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. 2001-ci ildə həkim-cərrah ixtisası üzrə 5 saylı Bakı şəhər klinikasında internatura kursunu keçib. O, 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində Cərrahiyyə şöbəsinin baş ordinatoru kimi çalışıb və baş tibb xidməti leytenantı rütbəsinə layiq görülüb. B.Haqverdiyev 2009-2010-cu illərdə Qəbələ Müalicə Diaqnostika Mərkəzində Cərrahiyyə şöbəsinin müdiri, 2010-2014-cü illərdə isə Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, eyni zamanda regionun aparıcı cərrahı vəzifələrində çalışıb. 2014-cü ildə Yevlax Mərkəzi Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri və rayonun baş cərrahı təyin olunub. 2016-cı ildən bu günədək Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib. Tibb üzrə fəlsəfə doktorudur.

Загрузка...

Xəbər lenti