Bu vaqonda yalnız qadınlar gedə bilər - Təcavüzə qarşı qəribə üsul

Bu vaqonda yalnız qadınlar gedə bilər - Təcavüzə qarşı qəribə üsul
Şri-Lankada ictimai nəqliyyatda qadınlara qarşı təcavüz hadisələrinin qarşısını almaq üçün xüsusi qatar vaqonları ayrılıb.

"Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və Mülki Aviasiya Nazirliyindən məlumat verilib.

Yeni vaqonlar bu gündən etibarən istifadəyə verilib. Qadınlar bu yenilikdən olduqca məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, belə vaqonlar Yaponiyada da istifadədədir.

Загрузка...

Xəbər lenti