Bulvarda sürücünün faciəvi şəkildə ölməsi ANBAAN KAMERAYA ÇƏKİLDİ - Qorxunc TƏFƏRRÜAT

Bulvarda sürücünün faciəvi şəkildə ölməsi ANBAAN KAMERAYA ÇƏKİLDİ - Qorxunc TƏFƏRRÜAT
Dünən axşam saatlarında Sumqayıt şəhər bulvarında baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub.

Panorama.az publika.az-a istinadən xəbər verirki dostları ilə yeyib-içdikdən sonra çimmək üçün özünü hündürlükdən dənizə atan və başının daşa çırpılması nəticəsində hadisə yerində ölən Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu yük maşını sürücüsü olub. Belə ki, "KamAZ" markalı yük maşını sürən Vaqif taksi sürücüsü olan iki həmyerlisi ilə dənizkənarında yeyib-içib. Daha sonra o, spirtli içkinin təsiri altında hündürlüyü bir metrdən artıq olan estekadadan dənizə kəllə vuracağını deyib. Dostları onu fikrindən daşındırmaq istəsə də, buna nail ola bilməyiblər. bu zaman məclis iştirakçılarından biri telefonla Vaqif Cəfərovun suya necə baş vurmasını lentə almağa başlayıb. O, özünü başı üstə suya atan kimi, başı suyun altında görünməyən betona çırpılıb və hadisə yerindəcə keçinib.

Artıq həmin kadrlar istintaq orqanı tərəfindən sübut kimi götürülüb.

Bildirilir ki, ölən şəxsin ailəsi Tovuzda yaşayır.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti