Bürclər: 17 may

Bürclər: 17 may
"Bizimyol.info” xarici astroloqların proqnozları əsasında günün qoroskopunu təqdim edir.

Qoç – Bütün işlər yolunda gedəcək. Yalan sizə kömək etməyəcək. Bununla özünüzə zərər verəcəksiniz. Əsəb gərginliyi nəticəsində xroniki xəstəlikləriniz baş qaldıracaq. Sponsor tapmaq şansınız böyükdür.

Buğa – Bu gün dincəlin. İşlərdə uğur gözləməyin. Xoşagəlməz xəbərlər ola bilər. Sevdiyiniz insanla cox ciddi inciklik yaranacaq. Bu gün çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz.

Əkizlər – Bu gün dövlət məmurları ilə görüş planlamaq üçün əlverişlidir. Kişilər öz cəngavərlik xislətlərini  sərgiləyəcək. Əməkdaşlıq sizə pul və faydalı əlaqələr gətirəcək. Kompyuterlə ehtiyatlı olun.

Xərçəng – Sağlamlığınıza diqqət edin. Vacib qərarlar verməzdən öncə vəziyyəti diqqətlə öyrənin. Açıq havada gəzin. Bu gün memar və mühəndislər üçün şans günüdür.

Şir – Maliyyə məsələləri və səyahət üçün uğurlu gündür. Evdə çoxlu təxirəsalınmaz işlər yaranacaq. Artıq bağlı hesab etdiyiniz məsələlər yenidən gündəmə gələcək. Axşamtərəfi qonaqlar gözlənilir.

Qız – Sizi dəstəkləyən vəzifəli şəxslər bu gün dəstəyini əsirgəyəcək. Çoxlu təxirəsalınmaz işlər meydana çıxacaq. Sevdiyiniz adamla dostlarınıza qonaq getməyin, mübahisə gözlənilir. Əhvalınız korlanacaq.

Tərəzi – Çox işgüzar gündür. Yaxşı yaradıcılıq uğurları ola bilər. Bu gün sərfəli iş təklifi ala bilərsiniz. Sponsor tapmaq ehtimalı var.

Əqrəb – Yüksək aktivliklə fərqlənəcəksiniz. Bu gün ev heyvanlarını baytara aparmaq olmaz. Bunu bir neçə gün sonraya salın. İlham pəriniz qonaq gələcək. Zəhmətinizin bəhrəsini görəcəksiniz.

Oxatan – Təcrübəniz nəticəsində əlinizdə olan vəsaitlərdən düzgün istifadə edəcəksiniz. Doğruluğunuz nəticəsində bir çox məsələlər öz həllini tapacaq. Qida zəhərlənməsi, məişətdə zədələnmə ola bilər. Kompyuterlə ehtiyatlı olun.

Oğlaq – Bu gün dözüm və xüsusi yanaşma tələb edən gündür. İşgüzar səfəri təxirə salın. Fantaziyalarınıza güc verin və bəhrəsini görün. Memarlar üçün gözəl gündür.

Dolça – Bu gün dəyişikliklər vəd edir. Məqsəd və məramınızı dəqiqləşdirəcəksiniz. Küsülü olduğunuz dostlarla görüşün. Axşam tərəfi ürəkaçan qonaqlarınız gələcək.

Balıqlar – Bu gün əks cinsin nümayəndələri başınıza fırlanacaq. Çoxdan məhv olmuş hesab etdiyiniz işlər gözlənilməz uğurla nəticələnəcək. Xoşagəlməz ciddi söhbət  gözlənilir. Əhvalınız korlanacaq.

 

Xəbər lenti