Ədəbiyyat üzrə Nobel bu yazıçıya verildi — BİOQRAFİYA

Ədəbiyyat üzrə Nobel bu yazıçıya verildi — BİOQRAFİYA

Bu gün 2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb. 

Kulis.azın məlumatına görə Ədəbiyyat üzrə Nobel mükafatının sahibi yapon əsilli Britaniya yazıçı Kazuo İşiqurodur.

O, Nobel mükafatına “böyük emosional güclə yazılmış romanlarında bizim dünya ilə əlaqəmizin illüzor hissiyyat altında yatmış dərinliklərini üzə çıxartdığına görə” layiq görülüb.

K.İşiquro 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşında olarkən onun ailəsi İngiltərəyə köçüb. 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb.

1981-ci ildən yaradıcılıqla məşğuldur. O, “Məni əsla tərk etmə”, “Uşaqlığımı axtaranda”, “Uzaq təpələr” və s. romanları ilə məşhurdur.

“Məni getməyə qoyma” romanı əsasında film də çəkilib.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.

Загрузка...

Xəbər lenti