«»Əgər» sözü sizin yolunuzu kəsirsə…» — Ceyms Bolduinin hekayəsi

«»Əgər» sözü sizin yolunuzu kəsirsə…» — Ceyms Bolduinin hekayəsi

artkaspi.az Ceyms Bolduinin «Lakonik cavab» hekayəsini təqdim edir:

Romadan neçə mil o tərəfdə Yunanıstan deyilən məşhur bir ölkə vardı. Yunanıstanın əhalisi romalılar kimi birləşməmişdi, əvəzində orada bir neçə dövlət, hər dövlətin də öz qanunları vardı.
Ölkənin cənub hissəsində yaşayanlara Spartalılar deyirdilər, onlar qoçaqlığı və vərdişləriylə tanınırdılar. Onların yaşadığı dövlətin adı Lakoniya idi, ona görə də onlara bəzən Lakonlar da deyirdilər.
Spartalıların qəribə qaydalarından biri o idi ki, onlar çox qısa danışar, ehtiyac olduğundan artıq söz işlətməzdilər. Onlar çox vaxt qısa, lakonik cavablar işlədərdi.
Yunanıstanın şimal hissəsindəki dövlətin adı Makedoniya idi. Bir vaxtlar bu yerləri Filip adlı təcavüzkar bir hökmdar idarə edirdi.

Makedoniyalı Filip bütöv Yunanıstana ağalıq etmək istəyirdi. Beləliklə o, böyük bir ordu toplayıb Yunanıstandakı başqa dövlətlərlə müharibə etdi, bu dövlətlərin əhalisi artıq onu hökmdar kimi tanıyırdı. Sonra Makedoniyalı Filip Lakoniyada yaşayan Spartalılara bir məktub göndərdi: «Əgər sizin ölkənizə daxil olsam, sizin o böyük şəhərinizi yerlə-yeksan edəcəm”.
Bir neçə gündən sonra Filipin məktubuna cavab gətirdilər. O məktubu açanda orada yalnız bircə söz yazıldığını gördü.
Həmin söz bu idi: «ƏGƏR”
Onlar bu sözlə belə demək istəyirdilər: «Əgər bir balaca «əgər” sözü sizin yolunuzu kəsirsə onda biz sizdən qorxmuruq”.

loading...

Xəbər lenti