Cinsi orqanı olmayan 17 yaşlı qız imdad dilədi - Kömək edin

Cinsi orqanı olmayan 17 yaşlı qız imdad dilədi - Kömək edin
Türkiyənin Adana vilayətində yaşayan suriyalı qaçqın 17 yaşlı Y.M imkanlı şəxslərdən kömək istəyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, yerli mətbuata açıqlanmasında Y.M bildirib ki, o, anadan cinsiyyət orqanı olmadan doğulub: "Kişi xromsomlarına sahib olsam da özümü qadın kimi hiss edirəm və qadın görünüşünə sahibəm. Cinsiyyət orqanım olmadığı üçün təbii ehtiyaclarımı çətinliklə ödəyirəm.

Suriyada etdirdiyi 6 əməliyyatdan sonra qadının təbii ehtiyaclarının ödənilməsi qismən asanlaşıb: "Uşaq vaxtı hər kəs məni oğlan bilirdi. Əməliyatlardan sonra qadın kimi özümü hiss etməyə başladım və qadın görünüşünə sahib oldum. Adımı dəyişdirib qadın ismi qoydular.

6 il öncə Suriyadakı müharibəyə görə Türkiyəyə köçdük. Burada müalicəmi davam etdirə bilmədim. Əməliyyatımın davam etməsi üçün çoxlu vəsait tələb olunur. Özümü tam normal hiss etməyim üçün İtaliyada əməliyyat olunmalıyam. Bunun üçün xeyli vəsaitə ehtiyac var. Türkiyə Səhiyyə Nazirliyindən, tibb ocaqlarından, imkanlı şəxslərdən kömək istəyirəm".

loading...

Xəbər lenti