DÇ-2018: Misirli qolkiperdən maraqlı addım

DÇ-2018: Misirli qolkiperdən maraqlı addım
Misir millisinin qapıçısı Mohammed El Şanavi qeyri-adi addımı ilə yadda qalıb.

Misir millisinin qapıçısı dünya çempionatıın qrup mərhələsində Uruqvayla oyununun ən yaxşısı mükafatından imtina edib. O, komandasının 0:1 hesabı ilə uduzduğu görüşdə "oyunun adamı” seçilsə də, mükafatı götürməməyə üstünlük verib. Buna onun dini baxışları səbəb olub. Mükafatın sponsoru spirtli içki istehsalçısı olduğundan misirli qapıçı bu qəniməti qəbul etməyib. Əl Şənavi Uruqvayla oyunda 90 dəqiqə meydanda olub və 4 seyvə imza atıb.

goal.az
Загрузка...

Xəbər lenti