Daha bir sərnişin təyyarəsi qəzaya uğradı – YENİLƏNİB + FOTOLAR

Daha bir sərnişin təyyarəsi qəzaya uğradı – YENİLƏNİB + FOTOLAR

Katmandu beynəlxalq hava limanında qəzaya uğrayan US-Bangla aviaşirkətinin sərnişin təyyarəsinin göyərtəsində 67 nəfər olub.

Oxu.Az-ın Kathmandu Post-a istinadən məlumatına görə, onlardan 17-si xəstəxanaya yerləşdirilib.

Daha 50 nəfərin taleyi barədə məlumat yoxdur.

13:51

US-Bangla aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nepalda Tribhuvana adına Katmandu beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Kathmandu Post nəşri yazır.

S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb və alovlanıb.

Bildirilir ki, “Bombardier Dash 8 Q400”  tipli təyyarələr 67-dək sərnişin tutumuna malikdir.

Загрузка...

Xəbər lenti