Daha bir səudiyyəli jurnalist öldürüldü

Daha bir səudiyyəli jurnalist öldürüldü
Jurnalist və yazıçı Türki ibn Əbdül Əziz əl-Casser Səudiyyə Ərəbistanda işgəncə ilə öldürülüb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı "New Khaleej” hüquq-mühafizə orqanlarına istinadla məlumat verib. 

Bildirilib ki, jurnalist Camal Kaşıkçının qətlindən bir ay sonra həbsxanada qətlə yetirilib. 

Əl-Casser 2017-ci ilin martında "Twitter” hesabındakı paylaşımına görə həbs olunub. O, paylaşımında kral ailəsinin üzvləri tərəfindən insan haqlarının pozulmasını tənqid etmişdi. O, səudiyyəli casuslar tərəfindən "Twitter”in Dubaydakı ofisində yaxalanmışdı. 
Загрузка...

Xəbər lenti