Dahilərinin nəslini davam etdirənlər nə işlə məşğuldur?

Dahilərinin nəslini davam etdirənlər nə işlə məşğuldur?
Tarixin böyük şəxsiyyətlərinin heç də hamısının nəsli davam etməyib.
Məsələn, ingilis dramaturq Uilyam Şekspir ölümünə yaxın bunun arzusunda olub, amma onun istəyi puça çıxıb. Hələ "Romeo və Cülyetta” müəllifinin ölümündən bir əsr sonra nəslindən heç kim həyatda qalmamışdı.

Bizimyol.info xəbər verir ki, Şekspirdən fərqli olaraq, bir çox tarixi şəxsiyyətlərin nəsli davam edir. Ən çox Konfutsinin 77-ci arxa dönəninin məlum olmasına təəccüblənmək mümkündür.

Konfutsi eramızdan əvvəl 479-cu ildə vəfat edib. Təxminən 2500 illik ailə xətti hələ də qırılmayıb. Rejissor və xoreoqraf Konq Deksin Konfutsinin nəslini həm də ləyaqətlə davam etdirir. O, Pekindəki milli incəsənət mərkəzində "Konfutsi” tamaşasına quruluş vermişdi. Tamaşa Vaşinqtonda da göstərilir.

Konq əcdadının fəlsəfi düşüncə tərzini burada əks etdirməyə çalışıb. Deksin böyük zaman kəsiyinə baxmayaraq Konfutsi ilə arasında ciddi mənəvi bağ hiss etdiyini deyir.

Məşhur dəniz səyyahı Kristofor Kolumbun nəslində onun peşəsini davam etdirənlər çox olub. İspanın 17-ci arxa dönəni Kristobal Kolon de Karvaxal İspaniya donanmasının admiralıdır.

Məşhir ingilis yazıçısı Çarlz Dikkensin nəslini Harri Lloyd davam etdirir. Aktyor "Taxt-tac oyunu” serialında da rol almışdı. Lloyd ulu babası Dikkensin "Devid Kopperfild” əsərinin motivləri əsasında çəkilmiş serialda isə ona peşəkar müstəvidə təqdim olunan ilk rolu görmüşdü.

Dünya tarixinin ən böyük şəxsiyyətlərindən sayılan Albert Eynşteynin nəslinin davamının gəlməsi təəccüblü deyil. Çünki dahi fizik cəmi 64 il əvvəl dünyadan köçüb. Amma qəribədir ki, həyatda yalnız bir nəticəsi var. Tomas Martin Eynşteyn Kaliforniyada tibb elmləri doktoru və anestezioloqdur. Kiçik Eynşteyn çox yaxşı həkim sayılır.

loading...

Xəbər lenti