Dəbdəbə və zənginlik arxasında gizlənən “səfil həyat” - LONDONDAN FOTOREPORTAJ

Dəbdəbə və zənginlik arxasında gizlənən “səfil həyat” - LONDONDAN FOTOREPORTAJ

"Big Ben”, "London Eye”,  "Temza”çayı, "Trafalqar” meydanı,  "Qrinviç” meridianı, "Hyde park”, "Green park” və.s bunlara bənzər daha çox adı ilə tanınan məkanlar. Bəlkə də söhbətin hansı şəhərdən getdiyi artıq hamıya məlum oldu. Bəli, sadalanan bu yerlərin hamısı zəngin tarixilə, özünəməxsus gözəlliyi ilə ad qazanan "London”a aiddir. Ötən həftə bu şəhərdə olduğum müddətdə Londonu ancaq filmlərdə olduğu kimi təsəvvür edirdim. Yəni dəbdəbə, zəngin həyat, elitar təbəqə və s. Düzdü məhz həmin şəhərdə saydığım yaşam tərzlərinin hamısı ilə rastlaşdım, ancaq məni gördüklərimlə sarsıdan başqa məqamlar da oldu.

İndi isə gələk turistlərin ən çox bəyəndiyi, onların dili ilə desək sevgi şəhərinin vizual görünüşünə.

Big Ben

https://a24.az/files/uploads/2017/03/IMG_9744-e1490862990771-768x576.jpg 768w, https://a24.az/files/uploads/2017/03/IMG_9744-e1490862990771-1024x768.jpg 1024w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Londonun mərkəzində yerləşir. Bu şəhərə gəlib "Big Ben”lə şəkil çəkdirməmək turistlər üçün ağılasığmaz bir şeydir. Demək olar ki, Londonun bir çox ucqar nöqtəsindən görünür.

https://a24.az/files/uploads/2017/03/IMG_9836-768x576.jpg 768w, https://a24.az/files/uploads/2017/03/IMG_9836-1024x768.jpg 1024w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Kənardan solğun görünsə də, ümumilikdə Böyük Britaniya rübətli olsa da, durum hər bir binanın rənginin daha da solğunlaşmasına şərait yaratmır. Yəni nəmişlik rəngarəng binaların özünəməxsus rənglərinin solmasına imkan vermir. Big Benin qarşısında olan körpüdə, eləcə də şəhərin digər yerlərində yolun kənarında olan məhəccərlərdən sevgili cütlüklər ürək formasında və adi qıfıl asırlar ki, sevgi hissləri əbədi və bu qıfıl kimi bir birinə bağlı olsun.

https://a24.az/files/uploads/2017/03/IMG_0537-e1490863087710-768x1024.jpg 768w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

https://a24.az/files/uploads/2017/03/IMG_0626-e1490863185858-768x1024.jpg 768w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

"London Eye”

https://a24.az/files/uploads/2017/03/IMG_0969-768x576.jpg 768w, https://a24.az/files/uploads/2017/03/IMG_0969-1024x768.jpg 1024w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Londonun gözü… Bəzən ingilislər buna "Millennium Wheel” da deyirlər. Hündürlüyü 135 metrdir. Demək olar ki, Londona gələn turistlərin böyük hissəsi bu əyləncə çarxından istifadə edir. Ən böyük əyləncə çarxlarından biridir. Əyləncə çarxı ən yüksək nöqtəsinə qalxanda demək olar ki, London insanın ayaqları altında görünür.

"Temza” çayı

https://a24.az/files/uploads/2017/03/IMG_0636-768x576.jpg 768w, https://a24.az/files/uploads/2017/03/IMG_0636-1024x768.jpg 1024w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

"Temza” çayı London şəhərinin mərkəzindən keçib, Şimal dənizinə tökülür. Bu çayın da turistlər üçün özünə məxsus anlamı var. Şəhərə turist kimi gələn hər bir vətəndaş adətən bu çaya sikkə ataraq bir daha Londona gəlməyi arzulayır.Temza çayı üzərində hərəkət edən gəmiləri paytaxt vətəndaşlarının gediş gəlişini daha da asanlaşdırır.

"Trafalqar” meydanı

Londonun ən mərkəzi meydanı. Burada adətən şənbə və bazar günləri insanlar toplaşır. Kimi qarşısına kiçik qab qoyaraq (pul toplamaq üçün) gitara çalır. Kimi mikrofon əlində parodiyalar edərək insanları əyləndirir. Bəzən isə insanlar meydanın girişində etiraz aksiyaları keçirirlər. Tursitlərin ən çox sevdikləri mərkəzlərdən biridir.

"Qrinviç” meridianı

https://a24.az/files/uploads/2017/03/IMG_0921-e1490863339706-768x1024.jpg 768w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Zamanın başladığı yer. İngilislərin bildirdiklərinə görə, hələ illər əvvəl gəmi ilə burdan keçən səyyahlar saatın neçə olduğunu bu meridianın üzərində yerləşən istiqamət oxu ilə müəyyən edirmişlər. Londonun Qrinviç qəsəbəsində yerləşir.  Həmçinin həmin ərazidə dünyanın ən qədim saatları ilə bağlı kiçik muzey təşkil olunub. Aşağıdakı fotolarda həmin muzeydəki saatlara baxa bilərsiniz:

https://a24.az/files/uploads/2017/03/IMG_0877-768x576.jpg 768w, https://a24.az/files/uploads/2017/03/IMG_0877-1024x768.jpg 1024w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

https://a24.az/files/uploads/2017/03/IMG_0893-768x576.jpg 768w, https://a24.az/files/uploads/2017/03/IMG_0893-1024x768.jpg 1024w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

https://a24.az/files/uploads/2017/03/IMG_0880-e1490863467310-768x1024.jpg 768w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

https://a24.az/files/uploads/2017/03/IMG_0894-e1490863498966-768x1024.jpg 768w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

 

Ümumiyyətlə, Londondan yaşam səviyyəsinin çox yüksək olduğunu demək olar. İstifadə etdikləri valyuta dünyanın ən bahalı pul vahidlərindən biridir. Dollar və avrodan da bahadır. Şəhərdə olduğum müddətdə paytaxt sakinlərinin təqribən nə qədər əmək haqqı aldığını da öyrəndim. Bildirirlər ki, təqribən 2000-3000, funt sterlinq və daha artıq qazanırlar. Şəhərin mərkəzində yerləşən kirayə evlərin qiyməti isə təxminən 1000 funt sterlinq civarındadır.

https://a24.az/files/uploads/2017/03/IMG_9603-768x576.jpg 768w, https://a24.az/files/uploads/2017/03/IMG_9603-1024x768.jpg 1024w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Yolları eləcə də nəqliyyat vasitələri sanki bizdə olanların əksidir. Avtomobillər yolun sağ deyil, sol zolağı ilə hərəkət edir. Avtomobillərin sükanı bizdəki kimi solda deyil, sağdadır.

https://a24.az/files/uploads/2017/03/IMG_1006-768x576.jpg 768w, https://a24.az/files/uploads/2017/03/IMG_1006-1024x768.jpg 1024w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Yolları əksinə olduğundan dayanacaqların bir çoxu yola baxan istiqamətdə deyil, əksinə quraşdırılıb. İngilislər bunu küləyin insanlara mane olmasına qarşı hesablandığını deyir.

https://a24.az/files/uploads/2017/03/IMG_0264-768x576.jpg 768w, https://a24.az/files/uploads/2017/03/IMG_0264-1024x768.jpg 1024w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

https://a24.az/files/uploads/2017/03/IMG_0646-e1490863664211-768x1024.jpg 768w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Yolların demək olar hamısında piyada zolaqları var. Həmçinin işıqforların aşağı hissəsində piyadaların yolu daha tez keçməsi üçün xəbərdarlıq düyməsi də quraşdırılıb.

https://a24.az/files/uploads/2017/03/IMG_1180-e1490863713513-768x1024.jpg 768w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Londonda olduğum müddət də insanların dayancaqlarda  növbədə durduqlarının, növbə mədəniyyətlərinin şahidi oldum. İşə geciksələr belə növbələrinə riayət edirlər.  Bizdən fərqli cəhətlərindən biri də avtobusda yaşlılara oturmaq üçün yer verməmələridir.

https://a24.az/files/uploads/2017/03/IMG_9889-768x576.jpg 768w, https://a24.az/files/uploads/2017/03/IMG_9889-1024x768.jpg 1024w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Sadalanan bu qədər gözəl və komfortlu həyatın arxasında sanki küçələrin kənarında, ticarət mərkəzlərinin (AVM) qarşısında, metrostasiyalarının içərisində gecələr yatmaq üçün qurulan çadırlar, eləcə də səfil həyat sürən insanları sanki görmürlər və ya görməzlikdən gəlirlər. Onu da qeyd edim ki, İngiltərədə rəsmi statistikaya görə, işsizliyin göstəricisi 5.4%-dir. Ancaq buna baxmayaraq sadalanan bu cür hallara demək olar hər küçədə rast gəlinir. Ümumiyyətlə isə Londonda təxminən 6-7 milyon əhali yaşayır.

https://a24.az/files/uploads/2017/03/17618970_1823048324684973_1784698933_n.jpg 600w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Şəhərdə olduğumu bir həftə ərzində onu da müəyyən etdim ki, burada ən aşağı və ağır işlərdə əslən ingilis olan heç kim işləmir. Həmçinin Londonun özündə əsl ingilis olanlar deyil, sonradan bura köçüb gələnlər daha çox yaşayırlar. Müşahidələrim zamanı onu da müəyyən etdim ki, əslən ingilis olanlar Londunun mərkəzindən kənarda yerləşən ərazilərdə yaşayırlar. Ətraf qəsəbə sakinləri bildirirlər ki, London yaşam üçün çox bahalı şəhərdir.

https://a24.az/files/uploads/2017/03/17671012_1823047978018341_1049553407_n.jpg 600w" sizes="(max-width: 660px) 100vw, 660px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; display: block; margin: 5px auto; max-width: 100%; height: auto;" />

Ümumiyyətlə, bu şəhərdə olduğum müddətdə və müşahidələrimdən sonra London şəhərini Corc Orellin "Paris və Londonda qara qəpiksiz” əsərində baş qəhrəmanın dediyi kimi:
"Hər dəbdəbəli restoranın çox çirkli mətbəxi olur” ifadəsinə bənzətdim. Dəbdəbəli həyatın arxasında gizlən səfil dolu həyat…

Hazırladı: Orxan Aslanlı

A24.Az

Загрузка...

Xəbər lenti