Deputat: İstedadlı uşaqların filmə çəkilməsinə çalışıram

Deputat: İstedadlı uşaqların filmə çəkilməsinə çalışıram
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov mədəniyyət sahəsinə ayrılan vəsaitin artırılması təklifi ilə çıxış edib.

Oxu.Az-ın məlumatına görə, R.Hüseynov komitənin iclasında deyib ki, 2018-ci ilin dövlət büdcəsində mədəniyyət sahəsinə kifayət qədər vəsait ayrılmadı.

"Azərbaycan Prezidenti mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündən sonra mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə çox səxavətli bir vəsait ayırdı. Bu da mədəniyyət sahəsinin müxtəlif istiqamətlərinin inkişafına imkan yaratdı. Biz bu il də həmin vəsaitin daha da artırılmasına nail olmalıyıq”, - deyə R.Hüseynov əlavə edib.

Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva isə Azərbaycanda uşaq filmləri və kino sahəsində boşluqların olduğunu bildirib:

"Azərbaycanda istedadlı uşaqların filmə çəkilməsinə çalışıram. Bununla bağlı müvafiq qurumlara müraciət etsəm də, bildirildi ki, uşaq filmləri ilə bağlı ssenarilər yazılmır. Uşaq filmləri ilə bağlı ssenarilər yazılmadığından respublikada uşaq filmləri çəkilmir. Bu sahədə bir boşluq var. Axı uşaqların, yeniyetmələrin gələcək tərbiyəsi baxımından bu filmlərin müstəsna rolu var”.

loading...

Xəbər lenti