Deputatdan insanların kredit problemi ilə bağlı VACİB AÇIQLAMA - Tezliklə...

Deputatdan insanların kredit problemi ilə bağlı VACİB AÇIQLAMA - Tezliklə...
"Mən deməzdim ki, Azərbaycan prezidenti əhalinin sosial müdafiəsnin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması istiqamətində son aylarda aktiv siyasət yürütməyə başlayıb. Əksinə, 2003-cü ildən etibarən sosial sahə ölkə başçının yürütdüyü siyasətin prioritetini təşkil edib”.

Bunu "Ölkə.Az”a açıqlamasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, hələ o zaman möhtərəm prezident bildirdi ki, mən hər bir azərbaycanlının prezidenti olacam və onun problemlərinin  həllinə çalışacam. "Azərbaycan prezidenti bu müddət ərzində  fəaliyyəti ilə bunu sübut etdi. Bu müddət ərzində Azərbaycan çox böyük inkişaf yolu keçdi və  bu inkişafı bütün beynəlxalq reytinq təşkilatları, ölkələri tərindən etiraf edilməkdədir. 

Azərbaycan prezidentinin təşəbbüsü və siyasi iradəsi nəticəsində həyata  keçirilən irimiqyaslı enerji, iqtisadi, tarnzit, nəqliyyat, logistik layihələr ölkəmizin təhlükəsizliyini təmin etməklə iqtisadi qüdrətini, maliyyə gəlirlərini artırdı. Bu layihələrdən əldə edilən böyük gəlirlər ölkə başçısı ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin  yaxşılaşdırılmasına yönəltdi”. 

M. İbrahimqızı əlavə edib ki,  cənab İlham Əliyev 2018-ci ildə yenidən prezident seçiləndə növbəti mərhələnin Azərbaycanın həyatında müsbət mənada fundamental dəyişikliklər  mərhələsi olacağını bəyan edib: "Azərbaycan bu müddət ərzində  yeni bir inkişaf mərhələsini yaşayacaq. Biz artıq bu verilən vədlərinin rellaşmasının şahidi olmaqdayıq və   imzalanan sənədlər, atılan addımlar da buna xidmət edir. Ona görə də sosial sahədə islahatlar davamlı olaraq həyata keçirilməkdədir. Biz gələcəkdə də bu istiqamətdə daha böyük işlərə imza atıldığının şahidi olacağıq.  Çünki Azərbaycan prezidenti İlham Əliyev özünü xalqın birinci xidmətçisi elan edib. Ölkə başçısı yürütdüyü bu siyasətlə sosial siyasətin fəlsəfəsini geniş formada cəmiyyətə real formada   göstərməkdədir. Bununla da ölkə başçısı sosial dövlətin mahiyyətini ortaya qoydu”.

Problemli kreditlərlə bağlı  məsələyə toxunan millət vəkili deyib ki, biz tezliklə bankların girovuna çevrilən insanların kredit problemi ilə bağlı qərarının şahidi olacağıq:
 "Bildiyiniz kimi bu gün daha az gəlirli insanlar məcburiyyət qarşısında  və ən müxtəlif səbəblərdən kredit götürdüklərindən bankların   girovuna çevriliblər. Kimisi xəsətəsini müalicə etmək, kimisi evinə  hansısa məişət texnikası, yaxud övladına cehiz  almaq  üçün  kreditlər götürüblər nəticədə çıxılmaz duruma düşüblər. Bəlkə onlar əvvəlcədən bu cür durumla üzləşəcəklər bunu etməzdilər. Onlara izah olunsaydı belə bir durum yaşanmazdı. Vaxtında banklar vətəndaşlar arasında maarifləndirmə işi aparıb, real vəziyəti izah etsəydilər, bu günkü xoşagəlməz  mənzərə yaranmazdı.Mən sevinirəm ki, ölkə başçısı tərəfindən problemli kreditlərin həlli ilə bağlı göstəriş verilib. Əminəm ki, biz yaxın günlərdə ölkə başçısı tərəfindən bununla bağlı bir sərəncamının olacağına şahidlik edəcəyik”.
Загрузка...

Xəbər lenti