Deputatlar universitetlərə ETİRAZ ETDİLƏR: “Təhsil haqları yarıyadək endirilsin!”

07 Avqust 2019, 21:13
07 Avqust
2019
21:13
133
Maddi çətinliyi ucbatından təhsil ala bilməyən tələbələrin təhsildən imtina etməsi halları ilə demək olar ki, hər tədris ilində qarşılaşırıq. Bu dəfə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Nağıqızı məsələni yenidən gündəmə gətirib. Dekan özünün sosial şəbəkə hesabında 2 tələbəsinin təhsil haqqını ödəyə bilmədiyi üçün qəbul olunduğu magistr dərəcəsindən imtina etdiyini paylaşıb:
"İki tələbəm magistraturanı qazanıb, zəhmət çəkib, nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün... İçim yanır!”.
Dekanın bu paylaşımından sonra ictimaiyyət, media nümayəndələri təhsil haqlarının əsaslı dərəcədə azaldılması haqqında təkliflər səsləndirdilər. Əksəriyyət isə təhsil kreditlərinin verilməsini, yaxud heç olmasa dövlət tamamilə ödənişsiz təhsilə keçilməsinin tərəfdarıdır.
Milli Məclisin üzvləri də məsələyə biganə qalmadılar. Deputat Fazil Mustafa özünün sosial şəbəkə hesabında gündəmdə olan məsələ ilə əlaqədar bunları qeyd edib:
""Təhsil kreditinin verilməsi məsələsini aktuallaşdırılır. Tam dəstəkləyirəm. Baxmayaraq ki, Milli Məclisdə dəfələrlə deputat həmkarlarımız mövzunu diqqətə gətirib, ancaq reallaşması mümkün olmayıb. Bəlkə bu sayaq ictimai hərəkətlənmə sayəsində hökumətimiz mövzunu bir daha gündəmə çıxara və imkan verməyə ki, maddi çətinlik ucbatından kimsə təhsildən kənarda qalsın”.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva Modern.az-a açıqlamasında diqqətə çatdırıb ki, bu il də həmişə olduğu kimi, təhsil haqqını ödəyə bilmədiyindən təhsildən imtina edən abituriyentlər, tələbələr oldu:
"Amma tələbələr ixtisas seçimi, kodlaşdırma zamanı ödənişli ixtisası da qeyd edirlərsə, bilirlər ki, ödənişliyə düşmə ehtimalları var. Əgər tələbənin, ailələrin maddi imkanı aşağıdırsa, gərək ödənişli ixtisasları seçimdə qeyd etməsinlər. Təbii ki, hər bir abituriyentin arzusudur, ali məktəbə daxil olsun, təhsilini bitirsin, magistratura oxusun. Amma ailə büdcəsi imkan verməyən tələbələri də düşünmək lazımdır. Ona görə, təhsil kreditləri haqqında qanun layihəsinin işlənməsi üçün dəfələrlə təkliflər səsləndirilib. Hələ ki qanun layihəsi ortada yoxdur”.
Kamilə Əliyeva hesab edir ki, dövlət universitetlərində təhsilin tamamilə ödənişsiz olması mövcud reallığa uyğun deyil:
"Buna baxmayaraq, yaxşı olar ki, ödənişin məbləği azaldılsın. Çünki həqiqətən, ali məktəblərdəki ixtisasların ödənişləri yüksəkdir. Xüsusilə, bir ailədə bir neçə uşaq böyüyürsə, onların təhsil xərclərinin qarşılanması çətin olur. Ailələr ödənişliyə düşən övladının təhsil xərcini qarşılamaq üçün kreditlər götürür. Bəzi hallarda krediti ödəyə bilmirlər, gənclər təhsildən imtina etməli olur və s. Mənə elə gəlir ki, ən real yol, bu məsələyə yenidən baxılması, təhsil haqqının miqdarının yarıya qədər endirilməsidir. Təhsil kreditləri haqqında qanunun qəbulu isə tələbələrin çətinliyini aradan aldırmaq üçün ən ideal variantdir”.
Deputat Asim Mollazadə isə düşünür ki, təhsil haqları problem bir neçə istiqamətdə addımlar atmaqla həll olunmalıdır:
"Öncə Tarif Şurası ciddi yoxlamalıdır ki, universitetlər nəyə əsaslanaraq təhsil haqlarını bu qədər yüksəldirlər? Bununla yanaşı, hökumət ödənişsiz təhsil alan uşaqların sayını artırmalıdır. İmkansız ailələrin uşaqlarının təhsil haqqı da müəyyən qədər dövlət tərəfindən ödənilməlidir”.
A.Mollazadə hesab edir ki, bu sahədə addımların genişləndirilməsi üçün beynəlxalq təcrübə də istifadə oluna bilər:
"Ali təhsil almaq istəyən, maddi imkanları zəif olan tələbələr üçün faizsiz, uzun müddətli bank kreditləri verilməlidir ki, onlar bunun hesabına təhsilini davam etdirsinlər. Bu təhsil kreditinin ödənilməsi isə məzunun peşə əldə etməsi, işlə təmin olunmasından sonra başlaya bilər. Belə təcrübə bir çox ölkələrdə istifadə olunub, təsdiqini tapıb. Azərbaycan da təhsil haqqını ödəyə bilməyən ailələr üçün bu addımları ata bilər”.
Elm və Təhsil Komitəsinin digər üzvü Sona Əliyeva isə ölkə başçısının sərəncamına əsasən, ali təhsil müəssisələrində gələn tədris ilindən dövlət sifarişli yerlərin 50 faizə qədər artırılacağını xatırladıb:
"Dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Yəni Milli Qəhrəman övladları, I, II qrup əlil olan gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olanlar və hər iki valideyni əlil olan (I,II qrup) gənclərin təhsil haqları dövlət tərəfindən ödənilir. Hazırda Azərbaycanda mərhələli şəkildə ali və orta ixtisas təhsili almaq istəyən gənclərə şərait yaradılır ki, onlar dövlət sifarişi ilə oxusunlar. Təhsil haqqının tamamilə ləğv olunması yaxın gələcəkdə gündəmdə deyil”.
S.Əliyeva hesab edir ki, təhsil kreditlərinin verilməsi ilə bağlı yaxşı bir sistem qurulsa, "Maarifçi” Tələbə Kredit Fondunun işi yüksək səviyyədə təşkil edilsə, maddi imkanı aşağı olan istedadlı tələbələrə daha çox şərait yaradıla bilər:
"Azərbaycanda təhsil müdafiədən sonra büdcədən ən çox vəsait ayrılan sahədir. Bu baxımdan Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Aparılan işlər də göstərir ki, həqiqətən, dövlət təhsilin əlçatanlığı, keyfiyyətliliyini təmin etməyə çalışır. Amma dünya universitetləri ilə, özəl təhsil müəssisələri ilə müqayisə etdikdə görürük ki, ölkəmizdəki özəl ali təhsil müəssisələri hələ də o səviyyəyə gəlib çatmayıblar. Ona görə, ali məktəblərimizdə təhsil haqqarının azaldılması ilə razıyam. Təhsil haqlarının orta aylıq əməkhaqqı ilə düz mütənasiblik təşkil etməsi daha məqsədəuyğun olardı. Bəzi universitetlərin təhsil haqqı orta əmək haqqından 9-10 dəfə yüksəkdir. Bu isə təhsilin əlçatanlığını təmin etmir. Amma istedadlı, savadlı tələbələr onsuz da dövlət sifarişli təhsil alırlar. Hər kəsin diplom alıb, ali təhsilli adlandırılmasının da tərəfdarı deyiləm. Diplom şərt deyil, həmin şəxsin bilik və bacarıqlara malik olması vacibdir. Ona görə, istedadlı tələbələr üçün dövlət proqramı təsdiq ediləcək. Hesab edirəm ki, təhsil haqları həm də bir baryerdir ki, istedadlı gənclər ödənişsiz təhsil ala bilsin”.
Deputat təklif edib ki, bir hədd qoyulsun, hansı balı toplayan tələbə təhsil haqqını ödəyə bilmir, buna görə oxumaqdan imtina edirsə, müəyyən kriteriyalar nəzərə alınmaqla onun təhsil haqqını dövlət ödəsin:
"Aşağı balla ali məktəbə daxil olub, təhsil haqqını ödəyə bilməyən hər kəs üçün universitetlərin qapılarının açılmasının tərəfdarı deyiləm. Yüksək intellektə, biliyə və bacarığa malik olan şəxslərə ödənişsiz təhsil üçün daha çox imkanlar yaradılmalıdır.
Nə qədər ki, özəl sektor ali təhsil müəssisələri ilə əməkdaşlıq etməyəcək, düşünürəm ki, bu məsələ də həllini tapmayacaq. Özəl şirkətlər müəyyən müqavilə bağlayaraq, istedadlı tələbələrin təhsil haqlarını ödəməklə həm onları əmək bazarına qazandıra bilər, həm də özləri üçün yaxşı kadr yetişdirə bilərlər. Bundan həm vətəndaş, həm universitet, həm də şirkətlər qazana bilər. Yaxud təhsil müəssisələri və şirkətlər qarşılıqlı əməkdaşlıq şəklində çalışıb, istehsalat sahələrini təcrübə üçün aça bilsələr, yaxşı nəticələr əldə etmək mümkün olar”.
loading...
Xəbər lenti
-
16:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
16:49Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
21:22Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
18:54Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
18:52Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
18:44Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
18:29Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
18:29Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
18:28Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
18:27İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM
-
18:27İlham Əliyev Süleyman İsmayılova yüksək vəzifə verdi
-
18:24Prezident Administrasiyasının daha üç şöbəsi ləğv olunub - SİYAHI
-
18:23Prezidentdən Hikmət Hacıyevlə bağlı SƏRƏNCAM
-
18:22Prezident Katibliyinin rəisi-köməkçi postu ləğv edildi
-
18:21Prezident Məhərrəm Əliyevi yüksək vəzifəyə təyin etdi - General-polkovnik rütbəsi verildi
-
17:53Anar Ələkbərov Prezidentin köməkçisi oldu
-
17:46Prezident Administrasiyasının yeni strukturu – TAM SİYAHI
-
17:36İlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİ - SƏRƏNCAM
-
17:29Prezidentdən mühüm sərəncam - Onu da vəzifəsindən azad etdi
-
17:22Administrasiyaya yeni şöbə müdirləri təyin edildi
-
16:58Yaşar Əliyev: "Qızım Ombudsman seçilərkən..." - FOTO
-
16:57İlham Əliyev İsrafil Məmmədovu qəbul etdi - FOTO
-
16:54Prezidentin yeni köməkçisi kimdir? - DOSYE
-
16:14Prezidentdən mühüm SƏRƏNCAM - Özünə köməkçi təyin etdi
-
15:16“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir
-
15:15“YAP-ın deputatları ciddi şəkildə dəyişəcək” - Siyavuş Novruzov
-
15:14Nazirlərin dekabr üçün QƏBUL GÜNLƏRİ açıqlandı
-
15:02Məcburi köçkün gənclərə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib - FOTO
-
14:50Milli Məclis nə vaxt buraxılacaq? - Tarix açıqlandı
-
14:48Yeni Ombudsman and içdi
-
14:47Yanvarın 1-dən qüvvəyə minir - ölkə üzrə 190 manat təsdiq olundu
-
14:46Azərbaycanın yeni Ombudsmanı kimdir? - DOSYE
-
12:45Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi ilə bağlı bilinməyənlər
-
12:43"Harda nəyi danışdığınıza fikir verin!" - Dadaşlinski Cümşüd Nuriyevi danladı
-
12:21Maşın sahiblərinə ŞAD XƏBƏR — Etibarnamə verilməsi asanlaşdı - VİDEO
-
12:20Tanınmış aktyora AĞIR İTKİ
-
12:19Sabahdan idxal edilən avtomobil benzininə 15% rüsum tətbiq ediləcək
-
12:19Paytaxtdakı ali məktəblər bu əraziyə köçürülə bilər - Tələbələrin nəzərinə!
-
12:18Kirayə mənzil ala bilmək üçün bu - ŞƏRTLƏRƏ ƏMƏL ETMƏLİSİNİZ
-
12:14"Ətraf mühitin Daun sindromlu uşaqlara təsiri böyükdür"
05 Dekabr 2019
02 Dekabr 2019
29 Noyabr 2019
Digər xəbərlər
-
CƏMİYYƏT
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
CƏMİYYƏT, Manşet
Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
CƏMİYYƏT, Manşet
Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
CƏMİYYƏT
Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
CƏMİYYƏT
Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
CƏMİYYƏT
Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
CƏMİYYƏT
Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
CƏMİYYƏT
Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
CƏMİYYƏT
İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM