Dindarlar Leninə abidə ucaltdı

Dindarlar Leninə  abidə ucaltdı
Tacikistanın cənubunda imamlar dini xalq kütlələrinə mənəvi zülm adlandırmış  SSRİ-nin dahi rəhbəri Vladimir Leninin uçurulmuş abidəsini bərpa edib.  

Cebhe.info-nun məlumatına görə, ruhanilər abidənin itirilmiş detallarını, o cümlədən sökülmüş əlini bərpa etdi və heykəli boyayıb. 

Tacikistanın Şahrit rayon administrasiyasının sədr müavini Mehrinico Rəcəbzodə "Azadlıq” radiosuna bildirib ki, imamlar abidəni könüllü əsaslarla, məscidin ibadət ianələri hesabına  bərpa edib. 

"Təşəbbüsü imamlar özləri irəli sürüb. Onlar abidəni bərpa edib və ətrafındakı ərazini təmizləyib. Abidənin yaxınlığındakı fontan da bərpa olunub”-Rəcəbzodə belə deyib. 

İmam-Xətiblərdən biri ötən həftə rayon məscidlərinin bütün ianələrinin Leninin abidəsinin bərpasına köçürüldüyünü təsdiqləyib. O, bu işə xərclənən vəsaiti açıqlamayıb. Ancaq bildirib ki, məscidlərdə həftədə toplanan ianənin məbləği 1000 somoniyə (100 dollardan artıq) çatır. 

Загрузка...

Xəbər lenti