Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə pozuntularına yol verilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə pozuntularına yol verilib
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə nöqsanları aşkarlanıb.
"Ölkə.Az"ın məlumatına görə, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatda bildirilir.
Ötən il aparılan yoxlamaların nəticələrinə əsasən Dövlət Komitəsində əməkhaqqının ödənilməsi üzrə 9 733, nəqliyyat xərcləri üzrə 3 043,5, tədbirlərin keçirilməsi üzrə 10141, digər xərclər üzrə 19330 və vergi, rüsum və s. ödəmələr üzrə 154 olmaqla, ümumilikdə 42 401,5 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamaların nəticəsində görülən tədbirlərdən sonra vəsait dövlət büdcəsinə qaytarılıb.

Загрузка...

Xəbər lenti