DİQQƏT: Bu binalardan mənzil ala bilməyəcəksiniz

DİQQƏT: Bu binalardan mənzil ala bilməyəcəksiniz
Dövlət reyestrində qeydiyyata alınmayan binalarda mənzillərin satışı sakinlərinmüxtəlif problemlərlə üzləşməsinə səbəb olur.Buna görə də, belə binalarda mənzillərin satışına qadağa qoyulmalıdı.Bu təklif Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.

Panorama.Az xezerxeber.az-a istinadən bildirir ki, ekspertlər də bildirir ki, belə binalardan mənzil alan vətəndaşlar bir neçə problemlə qarşıla bilər.

Əmlak üzrə ekspert Nöfəl Quliyevin sözlərinə görə,əslində MTK rəhbərləri binalarının dövlət reyestrindən keçməməsindəözləri maraqlıdır..Həmin binalarda satışa çıxarılan mənzillərin əmlak qeydiyyatı olmadığından alqı satqı MTK lar tərəfindən həyata keçirilir.Burda isə vətəndaş adi bir müqavilə üçün 3 -8 min manat arasında bir məbləğ ödəyir.Eskperthesab edir ki, belə binalarda mənzil alqı satqısıüçün vahid bir system yaradılmalıdı.Əks halda bu məsələ problem olaraq qalmaqdadı.

Ekspert onu da bildirdi ki,risqlərə baxmayaraq dövlət reyestrində qeydiyyata alınmayan binalarda mənzillərə tələbat da çoxdu.Bu isə onların qiymətinin nisbətən ucuz olması ilə bağlıdır
Загрузка...

Xəbər lenti