DİQQƏT: Bu rayonda su olmayacaq

DİQQƏT: Bu rayonda su olmayacaq
Sabah Bakının Yasamal rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Bu haqda Panorama.Az-a "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar mayın 17-də gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda qeyd olunub.
Загрузка...

Xəbər lenti