Donuz ətinə meyillilik “səudiyyəli şahzadə”ni ələ verdi

Donuz ətinə meyillilik “səudiyyəli şahzadə”ni ələ verdi
30 il müddətində özünü Səudiyyə Ərəbistanı şahzadəsi kimi təqdim edən amerikalı dələduzu donuz ətinə meyillilik ələ verib. 

Oxu.Az "Daily Mail” nəşrinə istinadla xəbər verir ki, 47 yaşlı Entoni Jinyak Kolumbiyada doğulub, ancaq o, ABŞ-dan olan cütlük tərəfindən övladlığa götürülüb.

2008-ci ildə o, otelə və bəzi şirkətlərə 10 min dollar zərər verdiyi üçün dələduzluq ittihamı ilə həbs edilib. Həmin vaxt o, özünü şahzadə kimi təqdim edib və hamını aldadıb. 

Araşdırmalar zamanı məlum olub ki, kişi 1991-ci ildən yalan məlumatlarla insanları aldadıb. Onun Mayamidə igamətgahı və bir neçə bahalı avtomobili olub. O, girov ödəməklə azadlığa çıxa bilib. 

2017-ci ilin martında baş verən son hadisə məsələnin məhkəməyə qədər gedib çıxmasına səbəb olub. Jinyakın əlaltılarından biri amerikalı iş adamı Ceffri Safferlə əlaqə saxlayıb. O bildirib ki, Səudiyyə şahzadəsi Safferin istirahət mərkəzinə 440 milyon dollar yatırmaq istəyir. 

Amerikalı buna inanıb və şahzadəni qonaq çağırıb. Dələduz diplomatik nömrəli Ferrai markalı avtomobil ilə dəvət olunduğu yerə gəlib. Avqustda isə Saffer Jinyakın igamətgahına qonaq gəlib. Bu görüş zamanı "şahzadə” Dubay bankının saxta məktubunu Safferə təqdim edib. Məktubda 600 milyon dollar məbləğində qəbz olub.

Onlar gələcək fəaliyyətlə bağlı Aspen şəhərində görüşüb. Orada Saffer bu hadisədən şübhələnib. Müsəlman ölkəsinin nümayəndəsi donuz əti sifariş edib. İş adamı dələduzun yoxlanılması ilə bağlı təhlükəsizlik xidmətinə müraciət edib. 

Safferin şikayətindən sonra Florida təhlükəsizlik xidməti araşdırmalara başlayıb. 2017-ci ilin noyabrında Jinyak saxlanılıb. Onun üzərində saxta sənədlər, diplomatik nömrə, kredit kartı və külli miqdarda pul aşkar olunub. 

2018-ci ilin mayında Jinyak əməlini etiraf edib. Onunla bağlı qərarın avqustda çıxarılması gözlənilir. 

Загрузка...

Xəbər lenti