Dubay vəliəhdi Həmdan - Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt - FOTO

Dubay vəliəhdi Həmdan - Şeyx Məhəmmədin böyük oğlu ilə bağlı 10 fakt - FOTO
Dubayın gələcək əmiri və BƏƏ-nin baş naziri Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktumun 37 yaşı var.

Panorama.az "oxu.az"a istinadən xəbər verir ki, onun var-dövləti müxtəlif mənbələrə görə 5-13 milyard dollar arasında qiymətləndirilir, 77 metrlik yaxtaya sahibdir, Dubaydakı "Zabeel Sarayı”nda yaşayır, eyni zamanda Abu Dabidə və Dubay yaxınlığındakı çöllərdə saraylara sahibdir.

Atası Yaxın Şərqin ən nüfuzlu şəxslərindən biridir və Şahzadə Həmdanın da zamanla onun kimi olmaq üçün hər bir şansı var.

Şahzadənin qeyri-rəsmi ləqəbi Ələddindir. Tərəfdarları onu mehriban ürəyə sahib olduğunu və səxavətli bir qəlbə malik olduğu üçün ona şərq nağılının qəhrəmanı kimi görüblər.

Həmdan xeyirxah işlərə çox vəsait xəcləyir və bu həyatda şansı üzünə gülməyən insanlara fəal yardım edir.

Ən məşhur şahzadələrindən biri haqqında 10 maraqlı faktı təqdim edir :

1. Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum Şeyx Məhəmmədin və birinci həyat yoldaşı Şeyx Hint Bint Maktum bin Juma Al Maktumun oğludur. O, əmirin 12 övladının ikinci, yaşda isə 4-cü övladıdır.

Dubayda ibtidai və orta təhsil aldıqdan sonra Həmdan İngiltərəyə gedib və burada Sandherstdakı Kral Hərbi Akademiyasına daxil olub. Məhəmməd, şahzadələr Uilliam və Harri ilə eyni vaxtda təhsil alıb.

"Təhsil həyatda vacibdir. Bu, hər şeyin açarıdır. Dubayda, sonra İngiltərədə təhsil almaq bir çox imkanlara gözümü açdı. Təhsil, bilik və bir çox şeyi anlamaq bizə yeni üfüqlər axtarmağa imkan verir. Sandherst Akademiyası mənə nizam-intizam, məsuliyyət öyrətdi. Vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirmək üçün bu dəyərlərə ehtiyacım var” - deyə Həmdan söyləyib.

2. Atası kimi Həmdan da şeir və poemalar yazır. BƏƏ-də Həmdan Fəzz təxəllüsü ilə tanınır ("İnstaqram” hesabında da onun adı Fəzzdir), bu əmirlik ləhcəsində "başqalarına kömək və dəstək verməyə tələsən bir insan” mənasını verir. Həmdanın bir neçə şeirinə mahnıların yazılıb.

3. Uşaqlıqdan Həmdan atçılıq idman növü ilə məşğul olub. Şeyx Məhəmməd at yarışları, atlama nümayişləri və xüsusilə atların böyük pərəstişkarıdır, buna görə də oğlu həmişə ən yaxşı atlara və fərdi məşq meydançasına sahibdir.

Həmdan sonradan müxtəlif respublika və beynəlxalq yarışlarda iştirak edib. Qazandığı uğurlar siyahısında İspaniyada keçirilən "Dünya Gənclər Çempionatı”nda qızıl medal (2001); "İspaniya Kralı Dözümlülük Kuboku”nda birinci yer (2002); Fransada "FEI Dünya Çempionatı”nda birinci yer (2005); Qətərda keçirilən "Asiya Oyunlarına Dözümlülük Çempionatı”nda qızıl medala (2006) laiq görülüb.

4. Həmdan təkcə at yarışların deyil, digər idman növlərinin də böyük fanatıdır. Ən çox sevdiyi hobbilər arasında paraşutdan tullanmaq, yürüyüş, "snoubord”, "fridayvinq” var. Dərin dəniz ovu ilə də məşğul olur.
5. Həmdanın idmana olan sevgisini digər Əmirliklərin sakinlərinə ötürməyə çalışır. Beləliklə, o, 30 gün ərzində hər gün 30 dəqiqə məşq etməli olan "Dubai Fitness Challenge” festivalınının təməlini qurub.

Bu təşəbbüsün bir hissəsi olaraq, Dubayda bir çox idman seminarları və tədbirləri, marafonlar, habelə qiymətli qidalanma tövsiyələri, təlim videoları və şəhərdəki fəaliyyət cədvəli olan veb sayt və tətbiqetmə mövcüddur.

6. Həmdanın heyvan sevgisi göz önündədir. O, 8.7 milyon insanın abunə olduğu "İnstaqram”da onlarla birgə fotolar paylaşır, həm də vəhşi heyvanları xilas etmək üçün xeyriyyə təşəbbüslərində iştirak edir. Bundan əlavə, onun şir və ağ pələngləri olan şəxsi zooparkı var.

7. Həmdan tac şahzadəsi titulunu yalnız 2008-ci ildə alıb. Bu vaxta qədər Şahzadə Rəşidin böyük oğlu Şeyx Məhəmmədin birbaşa varisi hesab olunub. Atasının vəfatından sonra Dubay əmiri və BƏƏ-nin Baş naziri vəzifəsini icra etməli idi, ancaq Rəşid Məhəmməddən əvvəl - 33 yaşında, 2015-ci ildə, nüfuzu və atası ilə münasibətlərini korlamasından əvvəl narkotiklər səbəbi ilə dünyasını dəyişib.

Xoşagəlməz hadisələr 2008-ci ildə başladı. Məhəmməd Rəşidi Dubayın tac şahzadəsi statusundan məhrum edərkən, onu taxtdan imtina etmək məcburiyyətində qoydu və əmirlik rəhbərliyi arasındakı hər hansı bir mövqedən imtina etdi.

Rəşidin rüsvayçılığına nə səbəb olduğu isə yalnız 2010-cu ildə bir sıra "Vikiliks” sənədləri dərc edildikdən sonra məlum olub. ABŞ-ın Dubaydakı baş konsulu Devid Uilyamsın teleqramında bildirilib ki, mənbələrə görə Şeyx Məhəmməd oğlunu bütün hüquq və statuslardan məhrum edib. Buna səbəb kimi, Rəşidin əmirin idarəsindəki işçilərdən birini qətlə yetirməsi olub.

Digər bir işçi heyəti üzvü Ecil Məhəmməd Əli də baş verənlərə şahid olaraq çağrılıb. O, and içərək şahzadə Rəşidin narkotik vasitələrlə ciddi problemlərinin olduğunu və bu yaxınlarda reabilitasiya kursu keçdiyini təsdiqləyib.

Rəşidin hekayəsinin sonu çox kədərlidir. O, 2015-ci ildə 33 yaşında vəfat edib. Ailəsinin sözlərinə görə, ölümün səbəbi infarkt olub. Ancaq medianın fərqli bir versiyası var. İranın Fars agentliyi mənbələrə və şahidlərin ifadələrinə istinadən, şahzadə Rəşidin Yəməndəki döyüşlərdə öldürüldüyünü bildirib.

9. Həmdan fotoqrafiya sənətinə maraq göstərir. Fotoların əksəriyyətini özü çəkir, BƏƏ-də geniş sərgilər təşkil edir. 2011-ci ildə o, "Həmdan Beynəlxalq Fotoqrafiya Mükafatı”nı təsis edib.

10. Uzun müddət Şahzadə Həmdan kral mənşəyinin ən həsəd aparılan şəxslərindən biri hesab olunub. 2008-ci ildə şahzadə əmisi qızı Hessa ilə nişanlanlanıb. Lakin cütlüyün toyu yalnız bu ilin iyunun əvvəlində yəni 11 il sonra baş tutub.
loading...

Xəbər lenti