Dünya çempionatı zamanı kabab bişirənlər cəzalandırılacaq

Dünya çempionatı zamanı kabab bişirənlər cəzalandırılacaq
Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı zamanı yanğına qarşı xüsusi rejim elan ediləcək.

Oxu.Az xəbər verir ki, həmin günlər ərzində piknik təşkil edib, manqalda kabab bişirmək qadağan ediləcək.

Yeməklərin təbii odda bişirilməsinə həm şəhərin özündə, həm də şəhər ətrafında icazə verilməyəcək. Bu qadağalara məhəl qoymayan şəxslər 15 mindən 40 minədək, hüquqi şəxslər isə 200 mindən 500 min rubla qədər cərimə ediləcəklər.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 14-də başlayacaq və iyulun 15-də başa çatacaq.
Загрузка...

Xəbər lenti