Dünyanın ən bahalı futbolçusu açıqlandı

Dünyanın ən bahalı futbolçusu açıqlandı
"CIES Football Observatory” İngiltərə millisinin və Londonun "Tottenhem futbol klubunun hücumçusu Harri Keyni dünyanın ən bahalı futbolçusu elan edib.

Oxu.Az xəbər verir ki, portalın analitik hesablamalarına görə, Keynin transfer qiyməti 201,2 milyon avrodur.

Dünyanın ən bahalı 100 futbolçusunun siyahısı həmin saytda dərc olunub.


Ən bahalı futbolçuların beşliyinə Keynlə yanaşı "PSJ”dən Neymar (195,7 milyon avro), "PSJ”dən Killian Mbappe (186,5 milyon avro), "Barselona”dan Lionel Messi (184,2 milyon avro) və "Liverpul”dan Məhəmməd Salah (171,3 milyon avro) daxil edilib.

Çempionlar Liqasının beş qat çempionu Kriştianu Ronaldunun transfer qiyməti isə 103,4 milyon avro hesablanıb və oyunçu reytinq cədvəlində 24-cü pillədə qərarlaşıb.
Загрузка...

Xəbər lenti