Dünyanın ən öldürücü xəstəliyinin adı açıqlandı

Dünyanın ən öldürücü xəstəliyinin adı açıqlandı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəmi dünyanın ən öldürücü infeksion xəstəliyi adlandırıb.
Panorama.az Axar.az-a istinadən xəbər verir ki, ÜST təcili olaraq dünyanı bu xəstəliklə mübarizə üçün addımlar atmağa səsləyib.

Təşkilat qlobal səylərə rəylərə rəğmən, 2017-ci ildə bu xəstəliyə 10 milyon insanın yoluxduğunu və bundan 1,6 milyon insanın öldüyünü bildirib.

ÜST-nin hesabatında həm də qeyd edilib ki, bu xəstəliklə mübarizə cəhdləri də hədər yerə getməyib. Məhz qlobal səylər nəticəsində 2000-ci ildən bu yana 54 milyon insanın bu xəstəlikdən ölməsinin qarşısı alınıb.

ÜST kasıb və orta gəlirli ölkələrdə vərəmin müalicəsi və profilaktikası üçün cari ildə 3,5 milyard dollar vəsaitin çatışmadığını bildirib. Əgər bununla bağlı tədbirlər görülməyəcəyi təqdirdə bu vəsaitin 2022-ci ilə qədər iki dəfə artacağı gözlənilir.

Загрузка...

Xəbər lenti