Dünyanın ən təhlükəli narkotiki: Ucuz və tez asılılıq yaradan dezomorfin

Dünyanın ən təhlükəli narkotiki: Ucuz və tez asılılıq yaradan dezomorfin
Avropanı əsarəti altına salan dezomorfin adlı narkotik vasitə Türkiyə üçün də böyük bəlaya çevrilib.

Narkotik maddə aludəçilərinin ən çox istifadə etdiyi bu vasitə digərlərinə nisbətən ucuzdur.

Dezomorfin tərkibinə görə ən qorxunc kimyəvi daşıyıcıya malikdir. Bu kimyəvi maddə orqanizmə daxil olduqda, əti çürüdür.

Ondan istifadə edən şəxs 2 il ərzində ölümə məhkum olur. Məhz bu xüsusiyyət onu digər narkotik maddələrdən fərqləndirir. Ona görə də, onu insanlar arasında "Krokodil” adlandırırlar.

Dezomorfin hətta heroindən də güclü təsirə malikdir. "Krokodil”dən bir dəfə ən az doza belə istifadə edən şəxs onun aludəçisinə çevrilir./baku.ws

Загрузка...

Xəbər lenti