Dünyanın məşhur mafiya başçısı həbsxanada öldü

Dünyanın məşhur mafiya başçısı həbsxanada öldü
ABŞ-da mütəşəkkil cinayətkar dəstənin lideri Ceyms Uitni Balqer həbsxanada dünyasını dəyişib.
"Ölkə.Az” xəbər verir ki, Balqerin həyatı bir çox filmin senarisi olmuşdu.

Qərb mətbuatının xəbərinə əsasən, Floridadakı həbsxanadan Vest Virciniyadakı həbsxanaya köçürülən Ceymsin meyiti qaldığı kamerada aşkar edilib. ABŞ-ın Federal Təhqiqatlar Bürosunun 16 illik istintaq araşdırmasından sonra Balqer 2011-ci ildə Kaliforniyada həbs edilib. 2013-cü ildə isə 11 cinayətə görə məhkum edilib.

Bostondakı İrlandiya mafiyasının liderlərindən olan Balqerin həyatından bir neçə film çəkilib. 2006-cı ildə "Köstəbək”, 2015-ci ildə "Qara nizam” kimi filmlər Ceymsin həyatından bəhs edir.

Məşhur mafiya başçısının ölüm səbəbi ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Загрузка...

Xəbər lenti