Əfv Komissiyasının iclasları başa çatdı - Prezidentə siyahı təqdim olunacaq

Əfv Komissiyasının iclasları başa çatdı - Prezidentə siyahı təqdim olunacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə "Report”a Komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Beləliklə baxılan müraciətlərin sayı 1100-ə çatıb.

Bununla da komissiyanın iclası başa çatıb, komissiyaya daxil olan müraciətlərin hamısına baxılıb. Sonuncu iclasda indiyədək müsbət rəy verilən müraciətlərin siyahısının Prezident İlham Əliyevə təqdim olunması ilə bağlı qərar qəbul edilib.

Dövlət başçısının əfv sərəncamı imzalayacağı gözlənilir.


Xəbər lenti