Əhaliyə XƏBƏRDARLIQ - MASKA TAXIN

Əhaliyə XƏBƏRDARLIQ - MASKA TAXIN
İndoneziyanın Bali adasında Aqunq vulakanından ətrafa duman və kül yayılması ilə əlaqədar olaraq əhaliyə xəbərdarlıq edilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, artıq adaya hava yolları səfərlərinə məhdudiyyət qoyulub.

Vulkan və Geoloji Fəlakətlərin Azadılması Mərkəzi ərtafa yayılan duman və küldən qorunmaq üçün maskalardan istifadə olunması barədə xəbərdarlıq edib.

Yerli medianın məlumatına görə, vulkanın külü və duman 2 min metrə qədər çatıb.

Ölkə rəsmiləri bu vaxta qədər riskli ərazilərdən 300 nəfərin təxliyə edildiyini açıqlayıb. Adanın hava limanı rəsmiləri isə hazırkı vəziyyətdə hava nəqliyyatı üçün problem olmadığını bildirib.

Lakin Avstraliyadan Bali adasına uçuşlar təşkil edən "Jetstar” və "Airasia” kimi şirkətlər internet saytlarında iki istiqamətdə də səfərləri təxirə saldıqlarını bəyan edib.

Qeyd edək ki, Bali adası ölkənin ən çox turist axını olan bölgəsidir. 1963-cü ildə Aqunq vulkanındakı püskürmə səbəbindən 1100 nəfər həyatını itirib.
Загрузка...

Xəbər lenti