Əhmədiyyə Cəbrayılovun dostu: "Dil bilmədiyinə görə xeyli sayda azərbaycanlı öldü"

12 Oktyabr 2018, 16:18
12 Oktyabr
2018
16:18
119
Heç kəsə sirr deyil ki, II Dünya Müharibəsində SSRİ-nin qalib gəlməsində Azərbaycan neftinin və azərbaycanlıların rolu böyük olub. Bu gün Azərbaycanda yüzlərlə II Dünya Müharibəsi veteranı var ki, müharibə və orada baş verən hadisələri onların dilindən eşitmək daha maraqlıdır.
Getdikcə sıraları azalan veteranlardan biri də 94 yaşlı Mahmud Motuxovdur. Mahmud baba Balakən rayonunun Gərəkli kəndində yaşayır. Yarım əsrdən çox vaxt keçsə də, yaşlı veteran həmin günləri bugünkü kimi xatırlayır.
Müharibənin canlı şahidi olan Mahmud baba xatirələrini Sputnik Azərbaycan-la bölüşüb: "1941-ci ildə müharibəyə getmişəm. 17 yaşım var idi. Əvvəlcə bizi apardılar Duşeti şəhərinə. Orada 1 il təlim keçdikdən sonra döyüş bölgəsinə göndərdilər".
Müsahibimiz deyir, almanların ordusunun texniki təchizatı sovet ordusundan qat-qat yüksək idi: "Bizim nə silahımız var idi, nə də normal ərzağımız. Onlar isə çox güclü silah və ərzaqla təmin olunmuşdular. Yüksək səviyyəli silahdan əlavə, onlar piyada deyildilər. 1943-cü ilə qədər mənə bir tüfəng vermişdilər, heç çaxmağı da yox idi. 2-ci cəbhə açılanda gün üzü gördük. Bizə normal yemək və silah verdilər".
Mahmud baba Kursk, Krım, Dnepr çayının sahillərində gedən döyüşlərdə iştirak edib. Onun sözlərinə görə, baxmayaraq ki, SSRİ silah və ərzaq baxımından düşmənindən zəif idi, amma onlar həmişə qalib gələcəyinə inanırdılar. Bəlkə də onları qələbəyə aparan da elə o güclü inam olub.
"Bizim qüvvəmiz onlardan zəif olsa da, şəxsən mən qalib gələcəyimizə inanırdım. Mənim 2 qardaşım müharibədə itkin düşmüşdü. Bizə hər səhər 100 qram spirt verirdilər ki, həm soyuq olmasın, həm də döyüş əzmimiz yüksək olsun. Ancaq biz müsəlmanlar içmirdik, verirdik ruslara. Bizdə onsuz da qorxu yox idi", — deyir müsahibimiz.
Mahmud Motuxov danışır ki, müharibədə azərbaycanlıların ən böyük problemi dil bilməmək olub: "Dil bilmədiklərinə görə nə qədər əsgərimizi itirdik. Mircəfər Bağırovla Stalinin münasibətləri yaxşı idi. O, Stalindən azəbaycanlılardan ibarət diviziyaların yaradılmasını xahiş etməsəydi, bütün əsgərlər qırılardı".
111-ci diviziyada döyüşən Mahmud baba 1944-cü ildə Dnepr çayı sahilində başlayan döyüşlərdə yaralanıb: "Dnepr çayı yaxınlığındakı döyüşdə hər iki tərəf çoxlu sayda itki verdi. Mən də ayağımdan yaralandım. Yanımda həmkəndlim var idi. Döyüş yoldaşıma yaralandığımı dedim. Ağır döyüşlər gedirdi. Məni 50 metr arxaya gətirdilər, 3 gün orada qaldım. Sonra həmin yeri də atəşə tutdular. Qaça bilən qaçdı, mən qaldım".
Dediyinə görə, sonradan Dnepr çayının üzərində asma körpü düzəldiblər və onun vasitəsi ilə Mahmud babanı çayın o biri sahilinə keçiriblər: "Dnepri keçəndən sonra məni apardılar Çerniqovskiyə. Həmin kazarmanı da faşistlər bombaladı. Sonra məni Tulaya apardılar, düz 11 sutka yol getdik. 6 ay orada yatdım. 4 aydan çox müddətdə mənim nə paltarım, nə də çəkməm əynimdən çıxmışdı. Daha sonra Sterlitamaka gətirdilər, 3 ay da orada yatdım".
İnsan dara düşəndə hər an möcüzə gözləyir. Bəzən yalana da inanmaq istəyir. Elə Mahmud baba kimi. Mahmud babanın da ən böyük arzusu müharibədən sonra anasını, atasını sağ-salamat görmək olub. Bu arzusuna o, 1944-cü ilin noyabrında — ordudan tərxis olunanda çatıb.
100 yaşını tamamlamağa 6-ca ili qalmış müharibə veteranı indiyədək 4 dəfə evlənib. Ancaq dediyinə görə, həyatının ən xoşbəxt illəri 3-cü xanımı ilə keçib.
Ömrünü dağlarda, at belində keçirən veteranımız onlara qonaq gələn hər kəsə müharibə xatirələrindən sevə-sevə danışır. Çünki müharibə illərini ömrünün ən şərəfli illəri hesab edir: "Mən həmişə deyirəm, müharibədən qorxmaq lazım deyil. Döyüşdən qaçmaq istəyən yoldaşlarıma da deyirdim ki, bu, bir imtahandır. Allaha şükür ki, mən bu imtahandan uğurla keçdim".
M.Motuxov məşhur Əhmədiyyə Cəbrayılovla da dost olduqlarını diqqətə çatdırır.
Mahmud babanın oğlu Şamil Motuxov danışırr ki, Azərbaycan müstəqillik qazanandan sonra, necə olubsa, atasının sənədləri it-bata düşüb. Mahmud babaya artıq veteran sayılmadığını bildiriblər: "Həmin vaxt Sankt-Peterburqda yaşayırdım. Atam mənə zəng elədi ki, mənim sənədlərimi tap. Mən atamın yaddaşı sayəsində o sənədləri tapdım. Getdiyi hər şəhəri, hər bölgəni dəqiqliyi ilə dediyinə görə mən çətinlik çəkmədim. Sankt-Peterburqda arxiv idarəsi var, həmin yerə müraciət etdim və atamın sənədlərini gətirdim".
Mahmud baba Sovet ordusu faşizm üzərində qələbə çaldığı 1945-ci ili, 416-cı diviziyada vuruşan həmyerlimiz Yusif Sadiqovun qələbə bayrağını sancdığı tarixi belə xatırlayır: "Meşədə idim, əmim oğlu gəlib dedi ki, qalib gəlmişik. Sevincimin həddi-hüdudu yox idi. Səbirsizliklə gözlədiyim gün idi. Kənddə toy-bayram idi. Hamı kəndin meydanına toplaşdı. Kimisi öküz kəsdi, kimisi qoç. Neçə gün bayram keçirdik".
Yaşlı veteran dövlətin ona göstərdiyi diqqətdən məmnunluğunu dilə gətirdi: "Bir veteran olaraq həm Sovet dövründə, həm də müstəqillik illərində daim diqqəti hiss etmişəm. Təkcə burada yox, həm də Rusiyada həmişə mənə "yaşıl işıq" olub".
Mahmud baba sonda, "Biz nə vaxtsa Qarabağı qaytara biləcəyikmi?" sualımıza da cavab verir: "Ermənistanın arxasında güclü dövlətlər dayanır. Onlar əlini götürsə, biz 2 günün içində o torpaqları ala bilərik. Azərbaycanlılar dəyənəklə onları qova bilərlər. Çünki onlar qorxaq millətdir. Hamıya məlumdur ki, onlar tək olsa, o torpaqlarda bir gün də qala bilməzlər".
Загрузка...
Xəbər lenti
-
00:03Bürclər: 18 fevral
-
23:54Bu qan qrupu olan qadınlar HAMİLƏLİKlə problem yaşayır
-
23:44Saakaşvili erməni olmadığını sübut etdi: "Azərbaycanlılara nifrət edənlər üçün azərbaycanlıyam" (FOTO)
-
23:36Vətənində xəyanətlə üzləşən müstəntiq: "Üstümə benzin töküb yandırmağa gəlirdilər"
-
23:20Tanınmış müğənni "donuz qripi"nə tutuldu — FOTO
-
22:57Bədənin titrəməsinin 5 səbəbi - “Əsməcə” nədir?
-
22:56Damaqdakı qanaxmanın SƏBƏBLƏRİ
-
21:39Azərbaycanda vulkan xəbərdarlığı – Video
-
21:38Soyuq suyun ağlasığmaz faydaları — Kişilər üçün
-
21:05Xərçəngə düçar olan məşhur müğənni öldü - Foto
-
21:03Avtomobilin daha az benzin yandırması üçün NƏ ETMƏLİ? - VACİB TÖVSİYƏLƏR
-
21:02Hər gün yesəniz, xəstələnməzsiniz – TURPUN BİLMƏDİYİNİZ FAYDALARI
-
20:53Rüstəm İbrahimbəyov Bakıya döndü, məşhurları topladı - FOTOLAR
-
20:46"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - Dələduz qadının ilginc əməlləri
-
20:42Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı
-
20:38Kadırov: Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz
-
20:30Bu ailənin köməyinizə ehtiyacı var (VİDEO)
-
20:19Sabah axşamdan hava kəskin dəyişəcək - Bakıda sulu qar yağacaq
-
20:10Məşhur aktrisa vəfat etdi - FOTO
-
16:57Zakir Həsənov BƏƏ-də müasir döyüş texnikasına baxdı - FOTO
-
16:55Şamaxıda yollar buz bağladı
-
16:36Azərbaycanlı döyüşçü Ukraynada əsir götürüldü - VİDEO
-
16:34Azərbaycanda biznesmen dəhşətli hadisənin qurbanı oldu - ÖZ MAĞAZASINDA ÖLDÜ - FOTO
-
16:33Ələt-Astara yolunda dəhşətli qəza - Video
-
15:50Azərbaycanın supermüasir raketi Ermənistanda təşvişə səbəb oldu - "Onlar həmin raketlərlə M-346 təyyarələrini təchiz edəcəklər..."
-
15:26Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi – FOTO
-
15:23Məşhur aktyor öldü - FOTO
-
15:21Bu şəxs 5 milyard dollar verib "Mançester Yunayted"i alacaq - FOTO
-
15:20Tanınmış alimdən ŞOK SÖZLƏR - İnsanlara donuz orqanları köçürülə bilər
-
15:17Çeçenlər və azərbaycanlılar arasında insidentin yeni təfərrüatları
-
15:15Azərbaycanın ən varlı rayonu hansıdır? - RƏSMİ RƏQƏMLƏR
-
15:15"Lotu Quli"nin 3 adamı tutuldu (FOTO/VİDEO)
-
15:13“Sən ordan çıx, mən burdan...” - Qalmaqallı prorektorla bağlı növbəti ARAŞDIRMA
-
15:12“Çeçen xalqı bunu heç vaxt unutmayacaq...” — Nazirdən açıqlama + VİDEO
-
15:11Ramil Usubovdan yeni TƏYİNAT
-
15:05Bürclər: 17 fevral
-
11:53Sabiq məmur və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı (FOTO)
-
11:49Bu banklar və şirkətlər işçi axtarır - VAKANSİYA
-
11:48Azərbaycanda BÖYÜK DƏYİŞİKLİK: 2023-cü ilə qədər...
-
11:47İran ordusu 3 müsəlman ölkəsinə qarşı intiqam andı içdi
17 Fevral 2019
Digər xəbərlər
-
CƏMİYYƏT
Bürclər: 18 fevral
-
CƏMİYYƏT
Bu qan qrupu olan qadınlar HAMİLƏLİKlə problem yaşayır
-
CƏMİYYƏT
Vətənində xəyanətlə üzləşən müstəntiq: "Üstümə benzin töküb yandırmağa gəlirdilər"
-
CƏMİYYƏT
Bədənin titrəməsinin 5 səbəbi - “Əsməcə” nədir?
-
CƏMİYYƏT
Damaqdakı qanaxmanın SƏBƏBLƏRİ
-
CƏMİYYƏT
Azərbaycanda vulkan xəbərdarlığı – Video
-
CƏMİYYƏT
Soyuq suyun ağlasığmaz faydaları — Kişilər üçün
-
CƏMİYYƏT
Hər gün yesəniz, xəstələnməzsiniz – TURPUN BİLMƏDİYİNİZ FAYDALARI
-
CƏMİYYƏT
Rüstəm İbrahimbəyov Bakıya döndü, məşhurları topladı - FOTOLAR