“Elə müasir peşələr var ki, bizdə heç onun adını da eşitməyiblər”- Aqşin Yenisey

“Elə müasir peşələr var ki, bizdə heç onun adını da eşitməyiblər”- Aqşin Yenisey
"Universitetlərin formalaşdırdığı bir cəmiyyətdə ədəbiyyatı təbliğ etmək və bir şair kimi yazdığını çatdırmaq digər toplumlara görə, asandırmı?”

Hazırda Türkiyədə yaşayan tanınmış şair Aqşin Yenisey Moderator.az-a açıqlamasında bu sualla bağlı maraqlı məqamlara toxunub:

"Tarixi baxımdan götürsək, insan cəmiyyətə daha çox iki sferadan daxil olub; hərbdən və universitetlərdən. Qədim Romada, Osmanlıda, Çar Rusiyasında cəmiyyətin elitasını ordudan gələnlər təşkil edirdilər, məsələn, Yunanıstanda elitanı həm ordu, həm akademiyalar formalaşdırırdı. Ərəblər məişətdən, daha doğrusu, şəriətdən gəlirdilər ki, bu da onlarda cəmiyyət deyil, qəbilə, tayfa qanunlarının əsas götürülməsinin nəticəsi idi. Bu hal İslamla birgə bizə də keçdi. Bizim insan cəmiyyətə ailədən gəlir. Universitet mühiti, hərbi karyera bizdə önəmli rol oynamır. 

Bizdə ailə bəşərdən üstündür, nəinki cəmiyyətdən. Xüsusilə II Dünya müharibəsindən sonra cəmiyyətin universitetlər vasitəsilə formalaşması sürətləndi. Bu gün inkişaf etmiş heç bir cəmiyyətdə hərbi elita aparıcı deyil, əvəzində universitet elitası güclənib, intellektual cazibədarlıq, əzəli cazibədarlığı üstələyib. Əlbəttə ki, universitet mühitinin formalaşdırdığı cəmiyyətlərdə ədəbiyyatın, elmin, fəlsəfənin üstünlüyü danılmazdır. Biz müharibə şəraitində yaşadığımız üçün, bəlkə də, emosional ideologiyalara üstünlük verməliyik. 

Mao demişkən, bizə bu gün eynəkli intellektuallar yox, vətənini sevən cahillər lazımdır. Ancaq bu müharibə bitəcək və biz yeni həyata min ağac uzaqdan başlamalı olacağıq. 

Azərbaycan ordu ilə yanaşı, eynəkli intellektuallarının da qayğısına qalmalıdır. O gün bir deputat deyir ki, kadr yoxdu, xaricdən gətirməliyik. Doğru deyir, müasir peşələr var ki, Azərbaycanda onun adını eşitməyiblər. Amma bu kimin günahıdır? 25 ildə yetişdirmək olmazdımı o milli müasir kadrları? Olardı, sadəcə..."
Загрузка...

Xəbər lenti