Əli Əhmədov: YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək

Əli Əhmədov: YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək
Azərbaycanda parlamentin buraxılması ilk dəfədir ki, baş verəcək. Lakin burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur. 

Oxu.Az-ın məlumatına görə, bunu YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov deyib. 

Ə.Əhmədov YAP-ın deputatlığa namizədlərinin daha çox gənclər olacağını da anons edib. O bildirib ki, Azərbaycanda vətənpərvər, ağıllı və savadlı gənclər yetişir. 

Onun sözlərinə görə, gələcəkdə YAP-ın deputat siyahısında gənclərə önəm veriləcək. 

Xatırladaq ki, YAP Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Prezidentə müraciət edib. 

loading...

Xəbər lenti