Əli Məsimli: Bəziləri öz vəzifəsini “avtopilot”a qoyub

Əli Məsimli: Bəziləri öz vəzifəsini “avtopilot”a qoyub
Hesablama Palatasına həmişə doğma təşkilatımız kimi baxmışıq. Birini deyəndə, beşini deməmişik.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçriilən iclasında "Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əli Məsimli deyib.

"Bunu isə ironiya ilə deyirəm, Hesablama Palatasının üzvlərinin əmək haqları yaxşı ki Milli Məclis sədrinin əməkhaqqı səviyyəsində müəyyən edilməyib, birinci müavinin əməkhaqqı səviyyəsində müəyyənləşdirilib.

Mən Milli Məclisin işçisiyəm, millət vəkiliyəm və birbaşa olaraq işlədiyim yerin maraqlarını qorumaq mənim borcumdur”, - deyən millət vəkilinin sözlərinə görə, dünyada heç bir ölkənin parlamentinə birmənalı münasibət yoxdur:

"Bunun haqlı və haqsız tərəfləri var. 

Mən Milli Məclisə yönələn haqsız iradları qəbul etmirəm.

Bəlkə də, elə görünür ki, bir sıra icra strukturları özünün prezident tərəfindən müəyyənləşmiş, etimad göstərilmiş missiyalarını yerinə yetirmədiyinə, özünün biznesi ilə məşğul olduğuna görə özünün vəzifəsini "avtopilot”a qoyub, hər şeyi Milli Məclisin üstünə istiqamətləndirir.

Amma açıq formada deyirik ki, buna qarşı müqavimət göstərəcəyik.

Mən deputatlara yuxarıdan aşağıya baxılmasını mənfi qiymətləndirirəm”.
Загрузка...

Xəbər lenti