Əmək haqqından vergi 10% olacaq - YENİ QAYDALAR

Əmək haqqından vergi 10% olacaq - YENİ QAYDALAR
2016-cı ildən məcburi sosial sığorta ayırmaları sistemində islahatlar diferensiallaşdırılmış dərəcənin tətbiqini nəzərdə tutulur.

Əgər muzdlu işçinin aldığı əmək haqqı 200 manatadək təşkil edirsə, o zaman işçi bilavasitə əmək haqqının 3%-i miqdarında, işəgötürən isə 22%-i miqdarında məcburi sosial sığorta haqqı ödəyəcəkdir.

Əgər işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək.

İslahatlar çərçivəsində 1 yanvar 2019-cu ildən etibarən 7 il müddətinə qeyri-neft-qaz və özəl sektorda çalışan muzdlu əməkdaşların əmək haqqlarından gəlir vergisinin yığılması üzrə 100%-lik güzəşt tətbiq etmək planlaşdırılır. Qeyd olunan güzəşt 8 min manatadək məbləğində əmək haqqına aid olacaq (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatadək olduğu halda verginin məbləği 14% təşkil edir).

Əgər əməkdaşın aldığı əmək haqqı 8 min manatı ötərsə, o zaman güzəştin ümumi həcmi 44% təşkil edəcək. Bu halda əməkdaş 8 min manatdan artıq məbləğdən 14% gəlir vergisi ödəyəcək (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatdan çox olduqda verginin məbləği 25% təşkil edir).

Bundan başqa, 2019-cu ildən etibarən bütün sektorlarda məşğul olan şəxslər üçün vergidən azad olan məbləğin həcmi 173 manatdan 200 manatadək artırılır.

Hökumətin qiymətləndirmələrinə əsasən, bu islahatlar ilkin mərhələdə dövlət büdcəsinə "Fiziki şəxslərin gəlir vergisi” maddəsi üzrə daxilolmaların bir qədər azalmasına səbəb ola bilər. Lakin, gələcək illərdə ölkədə iqtisadi fəallıq artdıqca, "kölgə iqtisadiyyatının” payının azalması, vergi inzibatçılığının güclənməsi hesabına bu vergi növü üzrə büdcəyə daxilolmaların artımı müşahidə olunacaq.

@marja.az
Загрузка...

Xəbər lenti