Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu verdi

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu verdi
Türkiyə Suriyanın şərqində yeni antiterror əməliyyatına başlayacaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində çıxışı zamanı deyib.

T.Ərdoğan xatırladıb ki, Türkiyə Ordusu daha əvvəl Suriyanın Afrin, Cerablus və Əl-Bab regionlarını terrorçulardan təmizləyib: "Bizim yeni hədəfimiz - Fərat çayının şərqidir. Biz Rusiya və ABŞ tərəflərini Suriyada yeni əməliyyata başlamağa hazır olduğumuz barədə məlumatlandırmışıq".

Türkiyə Prezidenti qeyd edib ki, Ankara Suriya ərazisindən sərhədboyu yaşayış məntəqələrinə hücumlara və təxribatlara göz yummayacaq: "Türkiyənin səbrinin də həddi var".

loading...

Xəbər lenti