Ərdoğan Trampın təhqiredici məktubuna cavab verdi - "Bunu unutmayacağam"

Ərdoğan Trampın təhqiredici məktubuna cavab verdi -
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın ona göndərdiyi hədələyici və diplomatik qaydalara zidd formada yazılan məktubuna cavab verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, R.T.Ərdoğan oktyabrın 18-də Türkiyədə akkreditasiya olunan xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib: "Əlbəttə, Donald Trampın siyasi və diplomatik nəzakətdən uzaq məktubunu unutmamışıq. Amma qarşılıqlı sevgi və hörmətimizə görə bunları gündəmdə saxlamamalıyıq. Zamanı gələndə bu məsələ ilə bağlı lazım olanı həyata keçirəcəyimizi də bildirmək istəyirəm”.

loading...

Xəbər lenti