Ərdoğan öz məşhur ifadəsinin patentini aldı

Ərdoğan öz məşhur ifadəsinin patentini aldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Dünya beşdən böyükdür” ifadəsinin patentini alıb.
Axar.az xəbər verir ki, bu barədə "Milliyyət” qəzeti məlumat yayıb. Qəzet sözügedən ifadənin patentinin alınması üçün Ərdoğanın vəkilinin ötən ilin iyun ayında müraciət etdiyini bildirib.

Xəbərdə, həmçinin "Dünya beşdən böyükdür” ifadəsinin qorunduğu bildirilib. Belə ki, bundan sonra hər il Türkiyə və beynəlxalq zəmində brendin başqaları tərəfindən istifadə edilməsi qadağan olunub. Hər hansı bir ölkə bu ifadəni kommersiya məqsədilə işlədərsə, dərhal etiraz ediləcək və məhkəməyə veriləcək.

Qeyd edək ki, Türkiyə prezidenti bundan əvvəl də "Rəcəb Tayyib Ərdoğan” və "RTE” adlarının patentini almışdı.

Загрузка...

Xəbər lenti