Ərdoğandan İncəyə "İNCƏ" CAVAB: "Eşşək ölər,..."

Ərdoğandan İncəyə
İyulun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı gərginlik artıb.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentliyə namizəd Məhərrəm İncənin onu televiziya proqramlarından birinə debata dəvət etməsini reytinq xətrinə atılan addım hesab edir.

Ərdoğan M.İncənin dəvətinə cavab olaraq onu heç bir halda təkbətək danışıqlara layiq görmədiyini bildirib: "Bizim Məhərrəm İncə ilə heç bir işimiz olmaz. Bizi televiziya verilişinə dəvət edir. Öz aləmində bizim üzərimizdən özünə reytinq toplayacaq. Ataların gözəl bir misalı var: "Eşşək ölər, yəhəri qalar, insan ölər, əsəri qalar". Biz bu günə qədər yaratdığımız əsərlərimizlə danışırıq. Utanmadan, sıxılmadan bu addımları atmağa davam edir".

Həmin görüntülər:
 

https://vcdn.ensonhaber.com//flv/flvideo/v/2018/06/1529215151.mp4

Xəbər lenti