Ərdoğanın təklifi rusları şoka saldı - Ekspert açıqladı

Ərdoğanın təklifi rusları şoka saldı - Ekspert açıqladı
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya ilə uzunvədəli əməkdaşlıq qurmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

O, Ərdoğanın S-500 sistemlərinin Rusiya ilə birlikdə istehsal edilməsi ilə bağlı təklifini tamamilə siyasi adlandırıb:

"S-500-lər hələ yeni yaradılır. Bu sistemlərin detalları sınaq mərhələsindədir. Yəni, bu gün Rusiya və Türkiyənin S-500-ü birlikdə istehsal edəcəyini demək, həqiqətə uyğun olmaz”.

Korotçenkonun fikrincə, Ərdoğan NATO və ABŞ-ın basqısından dolayı bu kimi açıqlamalara üstünlük verir.

Xəbər lenti