Ərdoğanın varidatı açıqlandı: Bir maşını, bir də borcu var - SİYAHI

Ərdoğanın varidatı açıqlandı: Bir maşını, bir də borcu var - SİYAHI
Türkiyə mətbuatı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğdanın varidatını açıqlayıb.

Yenicag.az xəbər verir ki, xəbərdə Ərdoğanın iki milyon türk lirəsi borcu olduğu qeyd olunub.

"Resmi Gazete”nin məlumatına görə, Ərdoğanın 3 ayrı bankda ümumilikdə 6 milyon 347 min nağd türk lirəsi var.

Bundan başqa qardaş ölkə prezidenti doğulduğu Rizədə dəyəri 10 min lirə olan torpaq sahəsinin sahibidir. Üsküdar Kısıklıda isə dəyəri 4 milyon lirə olan evi var.

Ərdoğanın varidatına dəyəri 234 min lirə olan "Audi A8” markalı avtomobil də daxildir.

Ərdağanın varidatını bildirən bəyannaməyə görə, o, Mehmet Gür adlı iş adamına 2 milyon lirə borcludur.

Загрузка...

Xəbər lenti