Ərə getmək istəmədi, küçədə öldürüldü – VİDEO

Ərə getmək istəmədi, küçədə öldürüldü – VİDEO

Pakistanın Multan şəhərində kişi ona ərə gəlmək istəməyən qızı küçədə güllələyib.

Oxu.Az xəbər verir ki, bu haqda "The News” nəşri məlumat yayıb.

Qanlı hücumun görüntüsü müşahidə kamerasına düşüb.

Məlumata görə, cinayətkar avtobus şirkətində mühafizəçi işləyib və həmin şirkətdə çalışan 18-yaşlı iş yoldaşına evlənməyi təklif edib. Ancaq qız təklifi rədd edib.

Bundan hiddətlənən pakistanlı onu işdən sonra təqib edib və küçədə hücum edərək yaxın məsafədən başından güllələyib.

Pakistan polisi insidentin baş vermə hallarını araşdırır.

 



Xəbər lenti