Erməni ordusunda biabırçılıq: Erməni qadın taboru necə zərərsizləşdirib?

Erməni ordusunda biabırçılıq: Erməni qadın taboru necə zərərsizləşdirib?
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində baş verən biabırçı hal ciddi qalmaqala səbəb olub.

Panorama.az metbuat.az-a istinadən xəbər verir ki, taborlardan birində əsgərlər arasında kütləvi dəri-zöhrəvi xəstəliyinə yoluxma aşkar edilib. Aparılan sorğu nəticəsində xəstəliyə yoluxan hərbi qulluqçuların hamısınin, taborda işləyən 1996-cı il təvəllüdlü Laura Sardaryanla cinsi əlaqədə olduğu məlum olub.
Hadisəni ört-basdır etmək üçün L.Sardaryan İrəvandakı Kanaz hərbi hospitalının dəri-zöhrəvi bölməsinə göndərilib. Xəstəliyə yoluxmuş hərbi qulluqçuların isə taborun tibb məntəqəsində müalicəsi təşkil edilib.

Hadisə hüquq-mühafizə orqanlarından gizlədilir.
loading...

Xəbər lenti