Erməni siyasətçi: “Azərbaycan problemi müharibə yolu ilə həll edəcək”

Erməni siyasətçi: “Azərbaycan problemi müharibə yolu ilə həll edəcək”
İşğal altında olan Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən separatçı rejimin keçmiş xarici işlər naziri Arman Məlikyan bəzi həqiqətləri etiraf edib.
"Ölkə.Az” xəbər verir ki, Arman Məlikyan Azərbaycanın qısa müddətə hərb yoluna əl atacağından qorxduğunu bildirib.

"Son dövrlər Azərbaycan tərəfi Naxçıvan istiqamətində intensiv iş aparır. Azərbaycan ordusu mövqelərini irəli çəkib. Azərbaycanın hərbi aktivliyi Ermənistanın danışıqlarda zəif mövqe sərgiləməsi ilə bağlıdır. Ermənistandakı ikihakimiyyətlilik bu məsələdə ciddi problem yaradacaq. Azərbaycan problemi hərbi yol ilə həll edəcək”, – deyə Melikyan bilidirb.

Ermənistanın xarici işlər nazirinin Rusiyaya səfərini şərh edən Məlikyan deyib:

 "Düşünürəm ki, erməni tərəfi hazırki hökumətin müvəqqəti olduğunu elan etməlidir. Çünki belə bir hökumət danışıqlarda bütün məsuliyyəti tam götürə bilməz”.

Xəbər lenti