Ermənilər azərbaycanlılara hücum etdi - XƏSARƏT ALANLAR VAR

Ermənilər azərbaycanlılara hücum etdi - XƏSARƏT ALANLAR VAR
Avstriyanın Litsen şəhərində azərbaycanlı gənclərə hücum olub, 22 yaşlı Mirzəyev Daşqın və 20 yaşlı Aydıni Qoşqar adlı azərbaycanlılar xəsarət alıblar.

Aprelin 13-ü axşam saatlarında şəhərin mərkəzindəki kafelərin birindən çıxan azərbaycanlı gənclər park etdikləri yerdən avtombillərini çıxardan zaman maneə ilə üzləşiblər.

Belə ki, bu zaman başqa bir avtomobil həmin yerə yaxınlaşıb. Azərbaycanlı gənclər yerlərindən çıxmaq üçün yaxınlaşan avtombildən imkan vermələrini istəyiblər. Anlaşmazlıq nəticəsində mübahisə yaranıb. Qarşı avtomobildən düşən 4 nəfər onların azərbaycanlı olduğunu bilib, etnik zəmində təhqir yağdıraraq Qarabağ erməniləri olduqlarını gizlətməyiblər. Nəticədə əlbəyaxa dava düşüb, qeyri-bərabər güc qarşısında azərbaycanlı gənclər yüngül xəsarət alıblar. Ermənilər hadisə yerindən qaçıblar. (report)

Загрузка...

Xəbər lenti